lombard
12:58
270

İsveçrə Konfederasiyasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri ilə görüş olub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində İsveçrə Konfederasiyasının
Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Muriel Peneveyre və
İsveçrə Əməkdaşlıq Ofisinin rəhbəri Simone Haeberli ilə görüş olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurlu-sosial iqtisadi
siyasətinin nailiyyətləri barədə məlumat verən Əmək və Əhalinin Sosial Müdafiəsi naziri
Sahil Babayev ölkəmizdə sosial sahədə mühüm irəliləyişlərin əldə olunduğunu bildirib.
Nazir diqqətə çatdırıb ki, cari ildə minimum əmək haqqı və maaşların, müavinət və
təqaüdlərin, minimum pensiyanın artırılması, vətəndaşların problemli kreditlərlə bağlı
çətinliyinin aradan qaldırılması ümumilikdə, bu ilki sosial islahatlar birbaşa olaraq 4,2
milyon insanın yaşayışına mühüm dəstək olub. S. Babayev əmək, məşğulluq, sosial
müdafiə sistemlərinin müasir iş prinsipləri üzərində təkmilləşdirilməsi, DOST layihəsi ilə
əhaliyə dövlət sosial xidmətlərinin bir pəncərə prinsipi üzrə təşkili, elektron sistemlərin
tətbiqinin genişləndirilməsi sahəsində aparılan islahatlar barədə məlumat verib.
Daha sonra nazir S.Babayev Azərbaycan İnvestisiya Mühiti və Aqrobiznes
Rəqabətliliyi Layihəsi çərçivəsində İsveçrə Əməkdaşlıq Ofisi və İsveçrə İqtisadi İşlər
üzrə Dövlət Katibliyi (SECO) ilə uğurlu əməkdaşlığın davam etdirildiyinin bildirib. O da
vurğulanıb ki, Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) tərəfindən
nəzarət mexanizmlərinin təkmilləşdirilməsi, DƏMX-in potensialının artırılması məqsədilə
risk əsaslı yoxlamaların aparılması üçün müasir metodologiyalar və prosedurların
işlənməsi, risklərin təhlili və qiymətləndirilməsi sahəsində Beynəlxalq Maliyyə
Korporasiyasının (IFC) Nazirliyə göstərdiyi texniki dəstək SECO ilə əməkdaşlıq
çərçivəsində həyata keçirilir.
M.Peneveyre ölkəmizdə sosial sahədə aparılan islahatları maraqla izlədiyini, iki
ölkə arasında müvafiq sahələr üzrə əməkdaşlıq əlaqələrinin, təcrübə və məlumat
mübadilələrinin bundan sonra da genişləndirilməsinin əhəmiyyətli olduğunu vurğulayıb.
Görüşdə Azərbaycan ilə İsveçrə arasında sosial xidmətlərin vahid pəncərə
prinsipi əsasında təşkil olunması, əlilliyi olan şəxslərin reabilitasiyası, Nazirliyin
əməkdaşları üçün müxtəlif təlimlərin təşkil olunması və s. sahələrdə əməkdaşlığın
inkişaf etdirilməsi məsələləri müzakirə olunub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ