lombard
12:02
399

Məcburi Köçkün və Şəhid Ailələrinə məktəbli formaları təqdim olundu

Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin sədri, Deputat Cənab Rövşən Rzayevin göstərdiyi qayğının və diqqətin nəticəsidir ki, avqustun6-da 50-dən çox məcburi köçkün və şəhid ailələrinə məktəbli formaları təqdim olunmuşdu. Təqdimatı " Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinin sədri, Qarabağ döyüşçüsü, Tərəqqi medalının mükafatçısı Şamil Sabiroğlu keçirmişdir. Tədbir "Xocalı Soyqırımının Tanıtma" ictimai birliyinin ofisində keçirilmişdir. Tədbirdə “Yeni Yurd” Sosial İnkişaf ictimai birliyinin sədri xanım Mahirə Əsədova, “Azərbaycanın Milli Qəhrəmanı Asif (Fred) Məhərrəmov adına İnkişaf Fondu” nun sədri, II dərəcəli müharibə əlili Ədalət Məhərrəmov, “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin Nəzarət-Təftiş komissyasının sədri, II dərəcəli müharibə əlili Zahid Qarayev, “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin İdarə Heyətinin üzvü, Birliyin Qadınlar Şurasının sədri Xocalıdan məcburi köçkün Ayna Allahyarqızı, Birliyin mətbuat xidmətinin rəhbəri, Füzuli şəhərindən məcburi köçkün Türkanə Səfərova, “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin üzvü, müharibə veteranı Çingiz Bayramov, Xocalı rayonunun Cəmilli kəndindən məcburi köçkün, şairə İmarət Cəmilli (Qəhrəmanova), Bakıdakı 42 saylı tam orta məktəbin müəllimi, şairə Cəmilə Vasifqızı bu nəcib təşəbbüsə görə Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevə öz dərin minnətdarlıqlarını bildirdilər.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ