




Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti
cari ilin ötən dövrü ərzində 22 rayonda əmək yarmarkası təşkil edib. May ayında
başlanan yarmarkalarda işsiz və işaxtaran vətəndaşlara 513 dövlət və özəl
müəssisədən 6757 vakant iş yeri təqdim edilib.
Əmək yarmarkalarında işsiz və işaxtaran şəxslərə peşə və ixtisaslarına, əmək
bacarıqlarına uyğun vakant iş yerlərinə göndərişlər verilib. Ayrı-ayrı şəxslərin isə peşə
hazırlığı kursuna cəlb olunmaları üçün qeydiyyatı aparılıb. İştirakçılardan bir qismi
istəkləri əsasında ödənişli ictimai işlərə cəlb edilib. Yarmarkaya gələn hər kəsə Dövlət
Məşğulluq Xidməti tərəfindən keçirilən digər aktiv məşğulluq tədbirləri haqqında
məlumat verilib.
Qarşıdakı dövrdə də paytaxtda və bölgələrdə yarmarkaların keçirilməsi davam
edəcək. Ümumilikdə isə ilin sonuna kimi ölkəmizin 56 şəhər və rayonunda əmək
yarmarkalarının təşkili nəzərdə tutulur.