lombard
14:06
349

Binə Atçılıq Mərkəzində cıdır yarışlarına start verilib

Sentyabrın 7-də Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) təşkilatçılığı ilə növbəti cıdır yarışları keçirilir. Yarışda Qarabağ, Dilboz və ingilis atları 3 kateqoriyada öz güclərini sınayıblar.

Birinci qaçışda 4 yaşdan yuxarı ingilis atlarının yarışdığı 2400 metr məsafədə "Omar" AİK-in sahib olduğu “Mr.Tornado” ləqəbli at fərqlənib. O, rəqiblərindən ən yaxşı nəticə göstərərək birinci olub. İkinci yeri Ramiz İbrahimovun sahib olduğu "Kənan" adlı at, üçüncü yeri isə "Arzu" AİK-in sahib olduğu "Şəfəqim" adlı at tutub.

Yarış davam edir. Növbəti mərhələdə Qarabağ və Dilboz atlarının qaçışı təşkil olunacaq.

Turnirin ümumi mükafat fondu 7000 manat təşkil edir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ