lombard
10:23
418

Energetika naziri vətəndaşları qəbul edib

Energetika naziri vətəndaşları qəbul edib
Energetika naziri Pərviz Şahbazov nazirlikdə növbəti dəfə vətəndaş qəbulu
keçirib. Nazir Bakı şəhəri və Ağsu, Biləsuvar, Masallı rayonlarından olan vətəndaşları
qəbul edib.
Müraciətlər əsasən, elektrik enerjisi təchizatı, elektrik dirəklərinin köhnəlməsi,
elektrik xətlərinin yararsız vəziyyətdə olması, işlə təminat və digər məsələləri əhatə
edib.
Energetika naziri vətəndaşların müraciətlərini dinləyib, qeyd olunan məsələlərin
hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun həll edilməsi üçün nazirliyin
aidiyyəti struktur bölmələrinə müvafiq tapşırıqlar verib. Nazirliyin fəaliyyətinə aid
olmayan müraciətlərin isə qeydiyyata alınaraq müvafiq qurumlara çatdırılması üçün
göstərişlər verilib.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin
dövlət qurumları tərəfindən vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla
yanaşılması barədə tapşırıqları Energetika Nazirliyi tərəfindən daim diqqətdə saxlanılır
və Energetika Nazirliyi üzrə rəhbər vəzifəli şəxslərin 2019-cu il üçün vətəndaş qəbulu
qrafikinə əsasən nazirlikdə vətəndaşların qəbulu həyata keçirilir.
Bununla yanaşı, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2019-cu il üzrə
şəhər və rayonlarda vətəndaşların qəbulu qrafikinə uyğun olaraq, Energetika naziri və
nazir müavinlərinin hər ay bölgələrdə vətəndaş qəbulu davam edir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ