lombard
12:38
319

Azərbaycanda avqust ayı üzrə gündəlik neft hasilatı 749 min barrel olub

Respublikada avqust ayı üzrə gündəlik neft hasilatı 749 min barrel olub. Bunun
686 min barrelini xam neft, 63 min barrelini kondensat təşkil edib. Gündəlik 501 min
barrel xam neft, 59 min barrel kondensat, 4,5 min barrel isə neft məhsulları ixrac edilib.
Gündəlik neft hasilatının 776 min barrel həcmində saxlanılmasına dair razılaşma
çərçivəsində Azərbaycan hasilatı sutkada 20 min barrel azaltmaqla bağlı götürdüyü
öhdəliyi tam yerinə yetirib. Qeyd edək ki, cari ilin yanvar - avqust aylarında orta gündəlik
neft hasilatı 769 min barrel təşkil edib.
Energetika Nazirliyi avqust ayında gündəlik neft hasilatı ilə bağlı məlumatları
OPEC-in Birgə Monitorinq Komitəsinin Müştərək Texniki Komissiyasına təqdim edib.
Xatırladaq ki, 2018-ci ilin dekabrın 7-də “OPEC plus” üzrə neft hasilatının
gündəlik 1,2 milyon barrel azaldılması ilə bağlı imzalanmış “Əməkdaşlıq
Bəyannaməsi”nin müddəti bu ilin 1 iyul tarixindən 2020-ci ilin I rübünün sonunadək
uzadılıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ