lombard
10:18
456

Göyçay şəhəri haqqında

Göyçay şəhəri haqqında
Göyçay şəhəri haqqında
"Göyçay" əsl türk mənşəli söz olub, sahilində yerləşdiyi Göyçay çayının adından götürülmüşdür. Göyçay çayının adı yuxarı axınında suyunun göyümtül rəngə çalması ilə əlaqədardır. Çay suyunun duruluğuna, səma rəngini özündə əks etdirdiyinə görə belə adlandırılmışdır.Göyçay Azərbaycan Respublikasının tərkibində inzibati rayon-dur. Rayon respublikamızın mərkəzində Şirvan düzünün şimal hissəsində, Böyük Qafqaz dağlarının cənub ətəklərində yerləşir. Ryon ərazisi 40°20' ilə 40°50' şimal enlikəri və 47°40' ilə 48°10' şərq uzunluqları arasında yerləşir.
Göyçay rayonun ərazisi 755,3 km²-dir. Əhalisinin sayı 118271 nəfərdir. (01.01.2017), o cümlədən şəhər əhalisi 32%, kənd əhalisi 68%-dir. İnzibati mərkəzi Göycay şəhəridir ( əhalisi 36,2 min nəfər -2013). Ryon ərazisi şimaldan cənuba təxminən 25 km, şərqdən qərbə isə 42 km məsafədə uzanır. Rayonun mərkəzi Göycay şəhəri Bakı-Qazax magistral yolunun 215 kilometirliyində, Ucar dəmir yol stansiyasının 17,5 km məsafəsindədir.
Göyçay rayonu Kür – Araz ovalığında, Aran iqtisadi rayonu tərkibində olmaqla, şimal-qərbdən İsmayıllı, cənub-şərqdən Kürdəmir, cənubdan Ucar və qərbdən Ağdaş inzibati rayonları ilə həmsərhəddir. Rayonda 1 şəhər, 25 kənd ərazi dairəsi, 55 kənd yaşayış məntəqələri vardır. Əhalinin orta sıxlığı 157 nəfər/ km². Rayonun ən iri yaşayış məntəqələri Göycay şəhəri, Bığır, Ləkçılpaq, Qaraməryəm, Çərəkə, Çaxırlı, İncə və Qarabaqqal kəndləridir.Rayonun tərkibinə 1 şəhər, 55 kənd daxildir.
Ənənəvi olaraq Göyçay rayonunun iqtisadiyyatında kənd təsərrüfatı, emal sənayesi və sənayenin digər sahələri aparıcı rola malik olmuşdur. Bununla belə, rayonda telekommunikasiya, tikinti, nəqliyyat, ticarət, iaşə və s. xidmət sahələri də inkişaf etmişdir. Göyçay rayonu SSRİ dövründə çox güclü sənaye potensialına malik olmuşdur. Rayonda əvvəllər fəaliyyət göstərən Toxuculuq Kombinatı, Konserv Zavodu, Yeyinti Məhsulları Kombinatı, Avtomobil Təmiri Zavodu respublikanın iri müəssisələrindən sayılırdı. Sovetlər İttifaqının dağılması ilə digər respublikalarla iqtisadi ələqələrin qırılması rayonun iri sənaye müəssisələrinin fəaliyyətinin müvəqqəti dayanması ilə nəticələndi. Hazırda bu müəssisələrdə təssərrüfat fəaliyyətinin davam etdirilməsi istiqamətində fəal iş aparılır."Göyçay-Süd" Açıq Tipli Səhmdar Cəmiyyətinin istehsal etdiyi süd məhsulları respublikanın paytaxtı Bakı şəhərinin ticarət şəbəkələrində ən rəqabətqabiliyyətli məhsullardan hesab olunur. Bu məhsullar həmçinin qonşu Gürcüstan Respublikasına ixrac edilir. Müəssisənin istehsal etdiyi meyvə şirələri, əsasən, Rusiya, Ukrayna, Estoniya, Moldova, İsrail kimi ölkələrə göndərilir. SSRİ dövründə Sovetlər İttifaqının ən iri şəhərlərinə nar şirəsi göndərən Göyçay nar emalı zavodunda da hazırda intensiv yenidənqurma işləri aparılır. Rayonda ətlik və yumurtalıq istiqamətində quşçuluğu inkişaf etdirmək üçün münbit imkanlar vardır. Rayon ərazisində 528 min başlıq broyler, 200 min başlıq və 45 min başlıq quşçuluq kompleksləri vardır. İstər heyvandarlıq, istərsə də quşçuluq sahəsinin yemə olan tələbatını ödəmək üçün yüksək keyfiyyətli qüvvəli yem istehsal etmək üçün 100 tonluq yem zavodu vardır. Rayonda yeni istehsal sahələri yaratmaq üçün kifayət qədər yerli xammal ehtiyatları vardır. Belə ki, rayonda hələ keçən əsrin əvvələrində yerli gil xammalından yüksək keyfiyyətli örtük materialı – kirəmit istehsal olunurdu. Daha müasir texnoloji avadanlıqlar tətbiq etməklə şiddətli şaxtalara, doluya, həmçinin radiasiyaya qarşı davamlı dam örtüyü istehsalını bərpa etmək imkanları vardır. Yerli gildən həm də sanitariya qovşaqları üçün avadanlıqlar, tüstü boruları üçün boşluqlu kərpiclər, saxsı su boruları istehsal etmək olar. Rayonun mövcud emal müəssisələrində yeyinti sənayesinin ən müxtəlif sahələrini inkişaf etdirmək üçün real şərait vardır.Göyçay rayonunun ərazisində xalqımızın tarixi keçmişini əks etdirən bir sıra abidələr vardır. Rayonun Ərəbcəbirli kəndi ərazisində XII-XIV əsrdə inşa edilmiş və Ərəb xilafəti dövrünə aid Surxay qalası, İnçə və Ərəbcəbirli kəndləri ərazisində tapılmış və bizim eradan əvvəl II əsrə aid küp qəbirlərinin qalıqları bu ərazidə qədim dövrlərdə insan məskənlərinin mövcud olduğunu sübut edir. XIX əsrin axırlarında inşa edilmiş yer hamamı və 4 məscid də rayonun tarixi abidələri sırasına daxildir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ