lombard
12:49
474

Ucar şəhəri haqqında

Ucar şəhəri haqqında
Ucar rayonu Bakıdan 240 km qərbdə, Şirvan düzündə yerləşir. Ərazisində 32 yaşayış məntəqəsi var. Şimaldan Göyçay, şərqdən Kürdəmir, cənubdan Zərdab, qərbdən Ağdaş rayonları ilə əhatə olunur. Rayonun coğrafi mövqeyi olduqca əlverişlidir. Bakı-Tbilisi dəmir yolunun və magistral avtomobil yolunun Ucar rayonundan keçməsi, habelə Qədim İpək yolunun bərpa olunmaqla Ucardan keçməsi yerləşdiyi yerin iqtisadi əhəmiyyətini olduqca artırır.

Ucar rayonu Bakı şəhərindən 234 km qərbdə-Şirvan düzündədir. Mərkəzi Ucar şəhəri olmaqla Bakı-Tbilisi dəmir yolunun, Bakı-Gəncə və Göyçay-Zərdab magistral avtomobil yollarının qovşağında yerləşir. Səthi ovalıqdır. Ərazinin şərq və cənub-şərq hissəsi okean səviyyəsindən aşağıda yerləşir. Antropogen çöküntüləri yayılmışdır. Boz-çəmən torpaqları vardır. Ümumi torpaq fondu 83398 hektardır.Əsas çayları Göyçay və Türyan (Qarasu) çaylarıdır. Türyançay, Tikanlıçay, Ağçay (Qalaçay), BumçayvəDəmiraparançaylarının qovuşmasından yaranır. Əsas çay kimi götürülən Tikanlıçay öz mənbəyini Bazardüzü dağının cənub-qərb yamacından (3680 m) götürür. Çayın 10 qolu vardır. Göyçay çayı Lahıc dağ sistemindən - Kovdağın qərb yamacından (1980 m) başlayır. Çayın 10 qolu vardır.Ucar rayonunun əhalisi 85.410 min nəfərdir (01.01.2016-ci ilə). Hər kv km 100 adam düşür. Əhalisinin böyük əksəriyyəti Azərbaycanlılardır.Rayonda yaşayan digər millətlərdən rusların ,tatarların ,ləzgilərin ,ukraynalıların və.s adların çəkmək olar.
Təsərrüfatı pambıqçılıq, taxılçılıq, heyvandarlıq, baramaçılıq, quru subtropik meyvəçilik, üzümçülük, bostançılıq və toyuqçuluqdan ibarətdir.
Ucar rayon Mədəniyyət və Turizm şöbəsinin tabeliyində 18 mədəniyyət evi, 8 klub, 47 kitabxana, 2 muzey, 1 Uşaq İncəsənət məktəbi var.Ucar rayonunda hazırda 8 abidə qorunub saxlanılır. Bu abidələr rayon mədəniyyət şöbəsi tərəfindən uçota alınıb, Ümumrespublika əhəmiyyətli abidə hesab olunur. Bunlar aşağıdakılardır:
1941-1945-ci illər Böyük Vətən Müharibəsində həlak olanların xatirəsini əks etdirən abidə. Abidə rayon Mədəniyyət evinin qarşısında ucadılmış və 1976-cı ildə inşa edilmişdir. Abidənin texniki vəziyyəti nomaldır.
1941-1945-ci illər Böyük Vətən Müharibəsində həlak olanların xatirəsini əks etdirən abidə. Abidə Şahlıq, Əlikənd, Ramal kənd İcra nümayəndəliyinin həyətində yerləşir və texniki vəziyyəti normaldır. 1986-1987-ci illərdə inşa edilmişdir.
"Şəhid anası" adlı monumental abidə. Abidə Ucar şəhərində "Şəhidlər Xiyabanı"nda ucaldılmışdır və texniki vəziyyəti normaldır. 1994-ci ildə tikilmişdir.
416-cı Taqanroq Diviziyasının xatirəsinə ucadılmış abidə. Abidə 3 saylı şəhər orta məktəbinin həyətində yerləşir və texniki vəziyyəti normaldır. 1976-1978-ci illərdə inşa edilmişdir.
Naməlum əsgərin xatirəsini əks etdirən monumental abidə. Abidə Ucar pambıqtəmizləmə zavodunun ərazisində yerləşir. 1981-1982-ci illərdə inşa edilmişdir. Texniki vəziyyəti normaldır.
Azərbaycanın böyük yazıçısı, ictimai və siyasi xadimi N.Nərimanovun heykəli Ucar Dəmir Yolu Stansiyasının qarşısında ucaldılmışdır. Abidənin texniki vəziyyəti normaldır. 1990-1992-ci illərdə tikilmişdir.
"Su qülləsi" abidəsi. Abidə Dəmir Yolu vağzalının ərazisində yerləşir. 1949-1950-ci illərdə inşa edilmişdir və texniki vəziyyəti normaldır.
"Su qülləsi" abidəsi. Abidə şəhərin Ş.Fərzəliyev küçəsində yerləşir. 1953-1954-cü illərdə inşa edilmişdir və texniki vəziyyəti normaldır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ