lombard
16:06
487

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi daha 50 avtomobili müharibə əlillərinə və onlara bərabər tutulan şəxslərə təqdim etdi. YENİLƏNDİ

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi daha 50 avtomobili müharibə əlillərinə  və onlara bərabər tutulan şəxslərə təqdim etdi. YENİLƏNDİ
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi daha 50 avtomobili müharibə əlillərinə  və onlara bərabər tutulan şəxslərə təqdim etdi. YENİLƏNDİ
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi daha 50 avtomobili müharibə əlillərinə  və onlara bərabər tutulan şəxslərə təqdim etdi. YENİLƏNDİ
Nazirlik tərəfindən müharibə əlillərinə indiyədək 6474, o cümlədən cari ilin ötən

dövründə 330 avtomobil verilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu gün “Xəzər” markalı daha 50
avtomobili müharibə əlillərinə və onlara bərabər tutulan şəxslərə təqdim edib.
Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev
Prezident İlham Əliyevin uğurlu sosial islahatlar proqramının nailiyyətlərini diqqətə
çatdıraraq ölkəmizin dinamik iqtisadi inkişafı şəraitində güclü sosial siyasətin həyata
keçirildiyini vurğulayıb. O həssas qruplara dövlətin qayğısının artmaqda davam etdiyini
vurğulayıb. O da qeyd edilib ki, cari ilin ötən dövründə Prezident İlham Əliyevin uğurlu
sosial islahatlar paketi əməkhaqlarının, pensiya, müavinət və təqaüdlərin ciddi şəkildə
artmasına gətirib çıxarmaqla 4,2 milyon insanın rifahına ciddi dəstək olub.
Nazir müavini 2019-cu ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən
müharibə əlillərinə nəzərdə tutulduğundan 3,2 dəfə çox olmaqla 600-ə yaxın avtomobilin
verilməsi nəzərdə tutulduğunu, hazırda təqdim olunanlar da daxil olmaqla onlardan artıq
330 avtomobil verildiyini diqqətə çatdırıb.
A.Əliyev bildirib ki, bununla da indiyədək müharibə əlillərinə 6474 minik
avtomobili verilib. Həmçinin Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə 2019-cu ildə
azı 800 mənzil verilməsi planlaşdırılıb, bu ilin ötən dövründə onlardan artıq 110 mənzil
təqdim edilib. Ümumilikdə bu vaxta qədər 6764 şəhid ailəsi və müharibə əlili nazirlik
tərəfindən mənzillə təmin olunub.
Tədbirdə nazirlik yanında fəaliyyət göstərən İctimai Şuranın üzvləri, ictimai
birliklərin rəhbərləri ölkəmizdə sosial müdafiə sisteminin gücləndirilməsi üçün aparılan
işlərdən, müharibə əlillərinin, şəhid ailələrinin rifah halının yaxşılaşdırılması
istiqamətində icra olunan proqramlardan razılıqla bəhs ediblər.
Yeni avtomobillə təmin olunan müharibə əlilləri dövlətin bütün sahələrdə onlara
göstərdiyi qayğıdan, həssas qrupların rifah halının yaxşılaşdırılması üçün atılan mühüm
addımlardan bəhs ediblər, onların sosial müdafiəsinin gücləndirilməsinə göstərilən
yüksək qayğıya, o cümlədən yeni avtomobillərlə təmin edildiklərinə görə dövlət
başçısına minnətdarlıqlarını ifadə ediblər.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ