lombard
09:53
364

Hindistanda dini ayin zamanı 11 nəfər batdı, itənlər də var

Hindistanın mərkəzi Madxya-Pradeş ştatında keçirilən festivalda dini ayinin icrası zamanı faciə baş verib.

Ayin çayda icra olunarkən qayıq aşıb və 11 nəfər suya qərq olub. Məlumata görə, onlardan yalnız 5 nəfəri xilas edilib.

Xilasedicilər suda batanların meyitlərini axtarır.

Qeyd edək ki, ölkə üçün mühüm olan bu festival 10 gün davam edir və Qaneş tanrısına həsr olunub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ