lombard
11:32
301

Energetika naziri və nazir müavinləri vətəndaşlarla görüşəcək

Sentyabrın 27-də Energetika naziri Pərviz Şahbazov Tovuz şəhərində
vətəndaşları qəbul edəcək. Qəbul saat 11:00-da Energetika Nazirliyinin tabeliyində olan
Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Tovuz filialının inzibati binasında (ünvan:
Tovuz şəhəri, Düz Cırdaxan kəndi) keçiriləcək.
Həmin gün Energetika nazirinin müavini Samir Vəliyev Qazax şəhərində Qazax
və Ağstafa rayonlarının sakinləri ilə görüşəcək. Qəbul saat 11:00-da Qazax rayon
Gənclər Mərkəzində (ünvan: Qazax şəhəri H.Əliyev parkı) keçiriləcək.
Nazir müavini Elnur Soltanov isə Şəmkir şəhərində yerli sakinlərlə görüşəcək.
Qəbul saat 13:00-da Şəmkir rayon Gənclər Mərkəzində (ünvan: Şəmkir şəhəri, Bayraq
Meydanı) başlayacaq.
Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyat üçün Energetika Nazirliyinin
minenergy@minenergy.gov.az elektron poçt ünvanı, 598-16-53/54 (daxili 1145, 1146,
1147) nömrəli telefon (əlaqələndirici şəxs Azər Rzayev), nazirliyin “974” Çağrı Mərkəzi,
598-16-55 “Qaynar Xətt”i, həmçinin Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Tovuz
filialı (əlaqələndirici şəxs Pünhan Qurbanov, əlaqə telefonu: (070) 590-00-09, elektron
poçt ünvanı: office.tovuz@regulator.gov.az) vasitəsilə müraciət edə bilərlər.
Bununla yanaşı, vətəndaşlar Energetika Nazirliyinin www.minenergy.gov.az
internet səhifəsindəki “Qəbula yazılmaq“ bölməsi və nazirliyin facebook səhifəsi
vasitəsilə qəbula yazıla bilərlər.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ