2019-cu ilin əvvəlindən Vergilər Nazirliyi cəmi 562 səyyar yoxlama keçirib.
Bunu Vergilər naziri Mikayıl Cabbarov “Kölgə iqtisadiyyatı ilə mübarizə iqtisadiyyatın inkişafının vacib amili kimi” adlı konfrans zamanı deyib.
Onun sözlərinə görə, bu ilin ilk 8 ayı ərzində səyyar yoxlamalar ötən ilin eyni dövrü ilə müqayisədə 3 dəfə azalıb. Bu müddət ərzində səyyar yoxlamalar 1700-dən çox vergi ödəyicisini əhatə edib.
M.Cabbarov əlavə edib ki, Vergilər Nazirliyi gələcəkdə də səyyar yoxlamaların azaldılması siyasətini davam etdirəcək.