lombard
14:18
300

“BMT-nin Bütün əməkçi miqrantlar və onların ailə üzvlərinin hüquqlarının müdafiəsi üzrə Komitəsinin iclası keçirilib

“Dəyişən dünyada qlobal böhranlar fonunda əməkçi miqrantların əsas
problemlərinin həlli yolları” mövzusunda BMT-nin Bütün əməkçi miqrantlar və onların
ailə üzvlərinin hüquqlarının müdafiəsi üzrə Komitəsinin iclasında iştirak edən xarici
qonaqlar Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər.
Görkəmli oftalmoloq Zərifə xanım Əliyevanın xatirəsi yad edilib. Sonra Şəhidlər
Xiyabanında ölkəmizin müstəqilliyi yolunda canından keçmiş şəhidlərimizin məzarı
ziyarət olunub.
İclasda çıxış edən Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev
bildirib ki, Prezident İlham Əliyevin uğurlu-sosial iqtisadi siyasəti nəticəsində ölkəmizdə
sosial sahədə mühüm irəliləyişlər əldə olunub. Minimum əmək haqqı və maaşlar,
müavinət və təqaüdlər, minimum əmək pensiyası artırılıb, vətəndaşların problemli
kreditlərlə bağlı çətinliyi aradan qaldırılıb. Bu ilki sosial islahatlar birbaşa olaraq 4,2
milyon insanın yaşayışına öz müsbət təsirini göstərib.
Nazir S.Babayev BMT-nin “Bütün əməkçi miqrantların və onların ailə üzvlərinin
hüquqlarının müdafiəsi haqqında beynəlxalq Konvensiya”sına region ölkələri arasında
ilk qoşulmuş ölkələrdən birinin məhz Azərbaycan olduğunu qeyd edib. O, bildirib ki,
miqrasiya proseslərinin genişləndiyi bir şəraitdə bu proseslərin dövlət tərəfindən
tənzimlənməsinə xüsusi diqqət yetirilməklə qanunvericilik bazası yaradılıb, istər
əcnəbilərin ölkəmizə, istərsə də vətəndaşlarımızın xarici ölkələrə miqrasiyasını
tənzimləyən zəruri normativ-hüquqi aktlar qəbul edilib.
Nazir ölkəmizin miqrasiya sahəsindəki siyasətinin sosial-iqtisadi maraqlarının
qorunması ilə yanaşı miqrantların, o cümlədən də əməkçi miqrantların həyatı və
fəaliyyəti üçün əlverişli şəraitin yaradılmasına, onların hüquqlarının müdafiəsinə
yönəldiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
S. Babayev ölkəmizə gələn miqrantların sayının artmasının başlıca səbəbi kimi
son illər respublikamızda sahibkarlıq fəaliyyəti üçün əlverişli mühitin yaradılması,
demokratik institutların genişlənməsi, ölkə iqtisadiyyatının inkişafı və əhalinin yaşayış
səviyyəsinin yüksəlməsi olduğunu göstərib. Vurğulayıb ki, 2018-ci ildə iş icazəsi
əsasında ölkəmizdə işləyən əcnəbilərin sayı 7000 nəfərə yaxın olub ki, bu da 2003-cü
illə müqayisədə 4 dəfə çoxdur. Hazırda Nazirliyin Əmək Müqaviləsi Bildiriş Sistemində
əcnəbilərlə bağlanmış 9962 əmək müqaviləsi qeydiyyatdadır.
İclasda İnsan Hüquları üzrə Müvəkkil (Ombudsman) Elmira Süleymanova, Dövlət
Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov, Beynəlxalq Miqrasiya Təşkilatının
Azərbaycandakı Nümayəndəliyinin Proqram Koordinatoru Mariya Nikolovska, BMT-nin
Komitə sədri vəzifəsini icra edən Can Unver çıxış ediblər.
İclas Miqrasiya üzrə Qlobal Razılaşmanın tətbiqi, icrasına nəzarət və yenidən
baxılması, miqrantların, o cümlədən əməkçi miqrantların və onların ailə üzvlərinin,
hüquqlarının səmərəli müdafiəsi ilə bağlı problemlərin müzakirəsi ərtafında davam edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ