2019-cu ilin yanvar-avqust aylarında Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin aktiv məşğulluq
tədbirləri nəticəsində 60 475 nəfər münasib işlə təmin olunub.
Bu göstərici ötən ilin müvafiq dövrünə nisbətən 45,6 faiz çoxdur.
Xüsusilə Prezident cənab İlham Əliyevin təşəbbüsü əsasında
hazırlanaraq icra olunan “İşsizin DOSTu” proqramı işsiz və işaxtaranların
səmərəli məşğulluğunun təminatında önəmli rol oynayıb. Nazirliyin
tabeliyindəki DOST Agentliyinin “DOST İş Mərkəzi” tərəfindən proqram
çərçivəsində cari ilin 8 ayında 40 mindən çox vətəndaşa ödənişli ictimai
işlərə göndəriş verilib. Proqram çərçivəsində işsiz və işaxtaranların əmək
müqaviləsi əsasında ödənişli ictimai işlərlə təminatı həyata keçirilib.
Yanvar-avqust aylarında Dövlət Məşğulluq Xidmətinin xətti ilə eyni
zamanda 1200-ə yaxın vətəndaş üçün peşə hazırlığı və əlavə təhsil
kursları təşkil edilib. Əksəriyyəti gənclərdən ibarət 67 mindən çox şəxsə
Xidmət tərəfindən peşəyönümü məsləhətlər verilib.