lombard
12:56
394

Türkiyənin ehtiyatda olan zabitləri və müharibə veteranlarından ibarət nümayəndə heyəti DOST Agentliyində olub

Türkiyəli qonaqlar DOST Agentliyinin 1 saylı DOST mərkəzində pensiya,
müavinət və təqaüdlər, məşğulluq, əmək münasibətləri, əlillik, tibbi ekspertiza və protez-
ortopedik təminat və s. sahələr üzrə xidmət bölmələri ilə tanış olublar. Qonaqlara
agentliyin və mərkəzin iş prinsipləri, eləcə də əmək və məşğulluq, sosial təminat,
ünvanlı dövlət sosial yardımı, əlillik və reabilitasiya, pensiya, sosial sığorta, sosial rifah,
təlim sahələrində vətəndaşlara göstərilən bir pəncərə sisteminə əsaslanan xidmətlər
barədə məlumat verilib.
Görüşdə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev bildirib ki,
2025-ci ilə kimi 31 DOST mərkəzi açılacaq və bütün ölkə vətəndaşları bu xidmətlərlə
əhatə olunacaq.
Nazir S.Babayev vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin xüsusi qayğısı nəticəsində şəhid ailələri və müharibə əlillərinin mənzillə və
avtomobillə təminatı sahəsində mühüm addımlar atılır. Bu kateqoriyalardan olanlara
dövlət vəsaiti hesabına mənzil və avtomobillər verilir. O əlavə edib ki, bu il müavinətlər
və təqaüdlər 100 faizədək artırılıb. Ölkəmizdə bu kateqoriyadan olan vətəndaşları təmsil
edən qeyri-hökümət təşkilatları ilə sıx əlaqələr yaradılıb.
Tədbirdə Türkiyə və Azərbaycan arasında dostluq və qardaşlıq əlaqələrinin
möhkəmləndirilməsi, 15 sentyabr 1918-ci ildə Qafqaz İslam Ordusu və Azərbaycan milli
ordu birləşmələrinin Bakını işğaldan azad etməsindən danışılıb, zəfər bayramının 101-ci
ildönümü münasibətilə bir sıra tədbirlərin həyata keçiriləcəyi vurğulanıb.
Görüş zamanı qonaqlar Azərbaycanda müharibə əlillərinə, veteranlarına dövlətin
yüksək səviyyədə qayğısının şahidi olduqlarını bildiriblər. Onları yüksək
qonaqpərvərliklə qarşıladıqlarına görə minnətdarlıqlarını çatdırıblar.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ