lombard
15:08
382

İşçilərin məzuniyyət hüquqları barədə işəgötürənlərə ətraflı məlumatlar verilib

İşçilərin məzuniyyət hüquqları barədə işəgötürənlərə ətraflı  məlumatlar verilib
İşçilərin məzuniyyət hüquqları barədə işəgötürənlərə ətraflı  məlumatlar verilib
İşçilərin məzuniyyət hüquqları barədə işəgötürənlərə ətraflı  məlumatlar verilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi
Xidməti Bakının Binəqədi rayonunda “İstirahət vaxtı və işçilərin məzuniyyət hüquqları.
Məzuniyyət hüququ və onun təmin edilməsi” və “Qeyri-rəsmi məşğulluğun qarşısının
alınması” mövzularında işəgötürənlərin maarifləndirilməsi məqsədilə növbəti tədbir
keçirib.
Tədbirdə əmək qanunvericiliyində nəzərdə tutulmuş istirahət vaxtı və istirahət
günləri, işçilərin məzuniyyət hüquqları, məzuniyyətin növləri barədə məlumat verilib.
Əmək məzuniyyəti və onun verildiyi iş ili, əmək məzuniyyətlərinin, əmək şəraitinə və
əmək funksiyasının xüsusiyyətlərinə, əmək stajına görə əlavə məzuniyyətlərin
müddətləri və verilmə qaydalarından bəhs olunub.
Bildirilib ki, əmək məzuniyyəti işçinin arzusu və işəgötürənin razılığı ilə hissələrə
bölünərək verilə bilər, bu şərtlə ki, məzuniyyətin bölünmüş hissələrindən birinin müddəti
iki təqvim həftəsindən az olmasın. Əmək məzuniyyətinin bir hissəsindən istifadə edildiyi
hallarda onun qalan hissəsi həmin məzuniyyətin verildiyi iş ili bitənədək və ya təqvim
ilinin sonunadək, yaxud işçinin arzusu ilə növbəti iş ilinin əmək məzuniyyətinə
birləşdirilib verilir.
Həmçinin qeyd edilib ki, müstəsna hallarda — istehsalatda baş vermiş qəzanın
nəticələrinin aradan qaldırılması, habelə təxirəsalınmaz işlərin görülməsi zərurəti
olduqda əmək məzuniyyətində olan işçi ancaq onun razılığı ilə məzuniyyətdən geri
çağırıla bilər. Əmək məzuniyyətindən geriçağırma əmrlə (sərəncamla, qərarla)
rəsmiləşdirməlidir.
Tədbirdə həmçinin qeyri-rəsmi məşğulluğun işçi hüquqlarının ciddi şəkildə
pozulmasına səbəb olduğu diqqətə çatdırılıb, əmək münasibətlərinin qeyri-formal
şəkildə qurulmasının mənfi nəticələri qeyd olunub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ