lombard
12:22
335

Bu ilin sonuna qədər 10-dək müavinət və təqaüd növü üzrə təyinat mexanizmi elektronlaşacaq

Uşağın anadan olmasına görə birdəfəlik müavinət təyinatı üçün müraciətə və sənəd təqdim

edilməsinə ehtiyac qalmayacaq

Cari ilin ilk aylarından sosial müavinətlərin elektron təyinatı
infrastukturunun qurulması işlərinə başlayan Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyi ilin sonuna kimi 10-a qədər müavinət və təqaüd növü
üzrə təyinat mexanizmini elektronlaşdıracaq.
Onların sırasına uşağın anadan olmasına görə birdəfəlik müavinət,
18 yaşadək sağlamlıq imkanları məhdud uşağa görə aylıq müavinət və
həmin uşaqlara qulluq edənə aylıq təqaüd, eləcə də birinci, ikinci və üçüncü
dərəcə əlilliklərə (o cümlədən müharibə səbəbi ilə əlaqədar həmin
dərəcələr üzrə əlilliklərə) görə aylıq müavinət və birinci dərəcə əlilliyi olan
şəxsə qulluq edənə aylıq təqaüd aiddir.
Bundan əvvəl isə nazirlik ölkədə ilk proaktiv xidmət kimi, 2019-cu ilin
əvvəlindən pensiyaların avtomatlaşdırılmış qaydada təyinatı mexanizminə
keçib. Nəticədə pensiya hüququ yaranmış şəxsə özü müraciət etmədən və
sənəd təqdim olunmadan, məmur-vətəndaş təması olmadan pensiya təyin
edilir və elektron qaydada ona bu barədə məlumat verilir.
Beləliklə, pensiya təyinatı kimi, sosial müavinətlərin də təyinatının
məmur-vətəndaş təması olmadan, heç bir sənəd və müraciət olunması
tələb edilmədən, elektron qaydada həyata keçirilməsi təmin olunacaq.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ