lombard
09:46
267

İsraildə parlament seçkiləri keçirilir

Bu gün İsraildə knessetə 22-ci çağırış növbədənkənar seçkilər keçirilir.

Yerli vaxtla saat 7-də ölkədə seçki məntəqələri açılıb. Xəstəxana və istintaq təcridxanalarında yaradılan seçki məntəqələri saat 8-də açılıb.

Seçkilərə ilk 30 partiya qatılsa da, səsvermə başlamağa bir neçə saat qalmış bir partiya prosesdə iştirakdan imtina edib.

Qeyd edək ki, seçkiyə qatılanlar knessetdə 120 yer uğrunda mübarizə aparacaqlar.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ