lombard
10:00
252

Bakının iki rayonunda qəza səbəbindən qaz kəsilib

Bakının iki rayonunda qəza səbəbindən qaz kəsilib
Bakının iki rayonunda qəza səbəbindən qaz kəsilib
Bakının iki rayonunda qəza səbəbindən qaz kəsilib
Bu gün səhər saatlarında Bakının Xəzər rayonunda, “Binə Sovxozu” deyilən yaşayış massivində “KamAZ” markalı yük avtomobili ilə 108 mm diametrində olan qaz xətti yararsız hala salınıb.

“Azəriqaz” İstehsalat Birliyindən verilən məlumata görə, kəmər dayaqlardan qopardılaraq yerə salınıb. Bununla əlaqədar 350 abunəçinin qaz təchizatı dayandırılıb.

Bundan başqa, gecə saatlarında Bakının Nizami rayonunun N.Abdullayev küçəsində dairəvi formada qoşulmuş diametri 159 mm olan qaz xətti avtomobil qəzası zamanı qırılıb. Hadisəyə görə 500 abunəçinin qaz təchizatı dayandırılıb. Səhər saatlarından qazın verilişi üçün bərpa işləri sürətləndirilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ