lombard
13:46
440

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən daha bir yeni addım: Özünüməşğulluq proqramı iştirakçıları və onların aktivlərlə təminatına dair bütün məlumatların ictimai açıqlığı təmin edildi

Bu məlumatları artıq “e-sosial” internet portalından və nazirliyin

rəsmi saytından əldə etmək mümkündür

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yeni addım kimi, nazirliyin “e-
sosial” internet portalında “Özünüməşğulluq proqramı çərçivəsində aktivlərlə təmin edilmiş
şəxslər barədə məlumat” altbölməsi yaradılıb və proqramı iştirakçıları, onların aktivlərlə
təminatına dair bütün məlumatların həmin altsistemə daxil edilməsinə başlanılıb.
Keçirilən mətbuat konfransında Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini
Anar Əliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən
sosial sahədə aparılan islahatlar barədə məlumat verib. Nazir müavini vurğulayıb ki, bu
islahatların mühüm istiqamətlərindən biri fəaliyyət sahələrində şəffaflığın təmin olunması, bu
kontekstdə də fəaliyyət və xidmət sektorlarında ictimai açıqlığa, ictimai nəzarətə geniş şərait
yaradılmasıdır. Azərbaycanda ilk sosial reyestr olan “e-sosial” internet portalında
“Özünüməşğulluq proqramı çərçivəsində aktivlərlə təmin edilmiş şəxslər barədə məlumat”
altbölməsinin yaradılması da bu məqsədə yönələn addımlardan biridir.
Proqramın icrası işlərindən bəhs edən A.Əliyev diqqətə çatdırıb ki, dövlət başçısının
müvafiq Sərəncamına əsasən icra olunan özünüməşğulluq proqramı işsiz və işaxtaran
vətəndaşların dövlətin mal və materiallar formasındsa aktiv dəstəyi ilə özünüməşğulluğunun
və kiçik ailə təsərrüfatlarının yaradılmasının təmin edilməsinə, işsizlikdən kiçik biznesə
çıxışının dstəklənməsinə xidmət edir. Proqramının əhatə dairəsi 2017-ci illə nisbətən 2018-ci
ildə 6,5 dəfə genişləndirilib və 7267 nəfər özünüməşğulluğa cəlb edilib. 2019-cu ildə isə
özünüməşğulluq proqramına 10 min ailənin cəlb edilməsi nəzərdə tutulub. Cari ilin 8 ayı
ərzində artıq 4589 nəfər proqram çərçivəsində təlimlərə cəlb olunub və 3052 nəfər təlimləri
bitirib. Proqrama cəlb edilənlərin 16,4 faizi Bakı və Sumqayıt şəhərlərinin, 83,6 faizi digər
şəhər və rayonların payına düşür. Proqram iştirakçılarının 47 faizə qədərini sosial müdafiəyə
xüsusi ehtiyacı olan həssas əhali qruplarına aid şəxslər təşkil edir. Bu ilin 8 ayında proqrama
cəlb olunanlar sırasında həssas kateqoriyalardan olan şəxslər 2555 nəfərdir. (O cümlədən
əlilliyi olan şəxslər - 993 nəfər, ünvanlı sosial yardım alanlar-304 nəfər, məcburi köçkünlər -
712 nəfər, gənclər - 408 nəfər, şəhid ailəsi üzvləri - 138 nəfər və b.) Artıq bu ilin ötən
dövründə 2500-ə yaxın iştirakçı aktivlərlə təmin edilib.
Nazir müavini bildirib ki, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İB ilə birgə icra olunan
«Sosial Bağlar» layihəsi çərçivəsində 2018-ci ildə 125 ailə üçün intensiv meyvə bağları salınıbsa, cari
ildə layihənin növbəti mərhələsi kimi, 250 ailə üçün intensiv meyvə bağlarının salınması işləri
aparılır. Həmçinin nazirlik ilə BMT-nin İnkişaf Proqramının birgə icra etdiyi “Əhalinin sosial
cəhətdən həssas qrupları üçün inklüziv və layiqli iş yerlərinin yaradılması” layihəsi
çərçivəsində 500 nəfər əlilliyi olan şəxsin özünüməşğulluq fəaliyyəti müstəvisində özlərinə
dayanıqlı biznes qurmalarına dəstək veriləcək.
A.Əliyev diqqətə çatdırıb ki, hər bir vətəndaşa onunla bağlı bütün sosial məlumatlara
çıxış və eyni zamanda, yaranan sosial hüquqları müqabilində müvafiq dövlət xidmətlərindən
faydalanmaq imkanı verən “e-sosial” internet portalı bundan sonra proqramı iştirakçıları,
onların aktivlərlə təminatına dair bütün məlumatlara da real vaxt rejimində çıxış, həmçinin
özünüməşğulluq proqramının icrasına geniş ictimai nəzarət imkanı verəcək.
Sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq
Xidmətinin rəisi Fuad Musayev “Özünüməşğulluq proqramı çərçivəsində aktivlərlə təmin
edilmiş şəxslər barədə məlumat” altbölməsi barədə təqdimatla çıxış edib.
Qeyd olunub ki, altbölmədə özünüməşğulluq proqramı iştirakçılarının hər biri ilə bağlı
ayrıca kabinetlər yaradılıb. Portal nazirliyin rəsmi saytına (sosial.gov.az) da inteqrasiya edilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ