lombard
14:49
276

Energetika Nazirliyində “Beynəlxalq Sülh Günü” ilə bağlı tədbir keçirilib

Energetika Nazirliyində “Beynəlxalq Sülh Günü” ilə bağlı tədbir  keçirilib
Energetika Nazirliyində “Beynəlxalq Sülh Günü” ilə bağlı tədbir  keçirilib
Energetika Nazirliyində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə
Müvəkkili (Ombudsman) Aparatı və Enerji Məsələlərini Tənzimləmə Agentliyinin
nümayəndələrinin iştirakı ilə “21 sentyabr-Beynəlxalq Sülh Günü”nə həsr edilmiş “Sülh
naminə beynəlxalq enerji əməkdaşlığı” mövzusunda dəyirmi masa keçirilib.
Tədbirdə nazirliyin İnsan resursları və dövlət qulluğu şöbəsinin müdiri Əsəd
İsmayılov və Ombudsman Aparatının Hüquqi maarifləndirmə sektorunun müdiri Müqalib
Mahmudov çıxış edərək, “Beynəlxalq Sülh Günü”nün yaranma tarixi, bu günün qeyd
edilməsinin əhəmiyyəti barədə məlumat veriblər. Bildirilib ki, İnsan Hüquqları üzrə
Müvəkkil (Ombusman) Elmira Süleymanovanın təşəbbüsü ilə 21 avqust-21 sentyabr
tarixləri arasında “Sülh aylığı” keçirilir və məqsəd insan hüquqlarının qorunması,
müharibələrin, qeyri-zorakılıq hallarının qarşısının alınması, azadlığın və sülhün təmin
olunmasına yönələn maarifləndirici tədbirlərin keçirilməsidir.
Tədbirdə Azərbaycanın enerji siyasətindən bəhs edən “Sülh naminə beynəlxalq
enerji əməkdaşlığı”na dair təqdimat dinlənilib. Azərbaycanın neft və təbii qaz tarixi,
neftçıxarma sahəsinə xarici sərmayə axını, neft və qaz hasilatı, Azərbaycan neftinin və
qazının dünya bazarına sərbəst və sürətlə çıxışını təmin edən neft-qaz ixrac boru
kəmərləri barədə ətraflı məlumat verilib, dünyada sülhün və təhlükəsizliyin təmin
edilməsi istiqamətində ölkəmizin bir sıra enerji layihələri üçün tranzit olaraq
əhəmiyyətindən danışılıb.
Sonda Azərbaycanın xarici dövlətlər və iri beynəlxalq şirkətlərlə əməkdaşlığı
çərçivəsində reallaşan Cənub Qaz Dəhlizi layihəsinin Avropanın enerji təhlükəsizliyinin,
eləcə də regionda sülhün təmin olunmasında mühüm rolundan bəhs edilib və Cənub
Qaz Dəhlizi layihəsinə həsr edilmiş video çarx izlənilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ