lombard
16:32
647

Qobustan Rayonu Haqqında...

Qobustan Rayonu Haqqında...
Qobustan rayonu Azərbaycanın Şirvan tarixi vilayətinin rayonlarından biridir.Tariximizin ilk daş səhifələrini min illərlə özündə yaşadan Qobustan diyarı Böyük Qafqaz dağlarının şərq və cənub-şərq ətəklərində Azərbaycan Respublikasının şərq hissəsində yerləşir. Rayon ərazisində Sündü, Mərəzə, Pirdirəki, Qılıcan, Yacvanı, Gicəki, Qarpızlı yaylaları, Şaiblər, Qaiblər, Böyük Gicəki, Şəmşəddin, Sunqur, Bayanata, Girdə və s. yüksəklikləri qeyd etmək olar. Geoloji baxımdan Qobustanda məhsuldar qat neft və qazla zəngindir. Bunların təbii göstəriciləri palçıq vulkanlarıdır. Qobustanda da təbii halda Nabur, Hilmilli (Xilmilli), Cəyirli Şorsulu, Ərəbqədim, Şeyxzərli, Kolanı və s. palçıq vulkanlarında təzahür edir.
Rayonda müxtəlif tikinti materialları ehtiyatı (əhəngdaşı, qum, çınqıl), sənaye əhəmiyyətli gillər, vulkan külü, gips, şist və s. ehtiyatı vardır.
Qobustan rayonu Şamaxıdan şərq tərəfdə, Bakıdan 101 km aralıda yerləşir.
Qobustan rayonunun əhalisi 01.01.2014-ci il tarixə 43125 nəfərdir. Qobustan rayonu ərazisində 1 şəhər, 1 qəsəbə və 31 kənd mövcuddur. Əhalinin 21519 nəfəri kişilər, 21606 nəfərini isə qadınlar təşkil edir. Şəhər əhalisinin sayı 8329 nəfər, kəndlərdə yaşayanları sayı 34796 nəfərdir. Mərkəzi Qobustan şəhəridir. Rayonda 1 şəhər, 1 qəsəbə, 15 kənd ərazi dairəsi, 31 kənd yaşayış məntəqəsi vardır.Qobustanda ən maraqlı və turistlər üçün cəlbedici obyekt şəhərin yaxınlığındakı dərədə, Söyünlü kəndində yerləşən mağara labirintləridir. (kürələr). Burada xalq arasında "layan qaya" deyilən çox orijinal bir təbii hadisəni müşahidə etmək mümkündür. Rəvayətə görə Bu qayadan axan "gözyaşları" əsgər oğlanları həlak olmuş ananın gözyaşlarıdır. Mağaralar orta əsrlərdə Azərbaycanda tayfa müharibələri və yadelli işğalçıların basqınları baş verərkən süni yolla genişləndirilmiş və yaşayış üçün uyğunlaşdırılmış təbii qalereyalar sistemidir.
Qobustan Rayonunun İcra başçısı Məmmədov Adil Məcnun oğlu Azərbaycan Respublikası Prezidentinin sərəncamlarına əsasən 03.09.1994-cü il tarixdən 25.08.2002-ci il tarixədək Oğuz rayonu İcra hakimiyyətinin başçısı, 25.08.2002-ci il tarixdən 26.03.2004-cü il tarixədək Qəbələ rayonu İcra hakimiyyətinin başçısı, 26.03.2004-cü il tarixdən 26.04.2011-ci il tarixədək Biləsuvar rayon İcra hakimiyyətinin başçısı, 26.04.2011-ci il tarixdən Qobustan rayonu İcra hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir. Təyin olunduğu müddətdən bəri sakinlərlə görüşmüş, problemləri dinləmiş və həll etmişdir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ