lombard
12:47
502

Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyində Kollegiya iclası keçirilib

Prezident İlham Əliyevin siyasətinin ana xəttinin sosialyönümlü olması 2018-2019-cu illərdə
həyata keçirilən inqilabi islahatlarda bir daha özünü göstərdi. Həyata keçirilən islahatlar
ümumilikdə 4,2 miyondan çox insanın yaşayışına müsbət təsir edib. Bunu Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyində keçirilən Kollegiya iclasında Kollegiyanın sədri, Əmək və Əhalinin Sosial
Müdafiəsi naziri Sahil Babayev bildirib.
Nazir məlumat verib ki, hələ ötən ildən reallaşdırılan yeni islahatlar kursu artıq bütün
sahələrdə, o cümlədən sosial sahə üçün uğurlu nəticələrini verib. O bildirib ki, Birinci vitse-
prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yaradılmış DOST Agentliyi dövlət sosial
xidmətləri sahəsində yeni olmasına baxmayaraq, artıq 30 mindən çox şəxs DOST xidmətlərindən
faydalanıb və bu xidmətlərdən keyfiyyətindən vətəndaşların məmnunluq səviyyəsi 94 faizi keçir.
Nazir yeni qurulan altsistemlərin, həmçinin “Məşğulluq” altsisteminin, yeni işə salınacaq
“Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə” altsisteminin
əhəmiyyətindən də danışıb.
İclasda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Əlillərin Məişət
Xidmət Cərgəsi Dövlət Müəssisəsinin və “Həyat Ticarət Mərkəzi” Dövlət Müəssisəsinin yenidən
təşkili, “Metropoliten sahəsinə aid olan fəhlə peşələri və işlərin Vahid Tarif-İxtisas Sorğu
Kitabçası”nda dəyişiklik edilməsi, “Metropoliten sahəsi üzrə qulluqçu vəzifələrinin Vahid Tarif-
İxtisas Sorğu Kitabçası”nın təsdiq edilməsi, “Avtomobil sürücülərinə ixtisas sinfinin verilmə
Qaydaları”nda dəyişiklik edilməsi, “Mədəni-maarif, turizm müəssisələrində olan qulluqçu
vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nın ləğv edilməsi, “Vasitəçilik fəaliyyətinə xüsusi
razılıq (lisenziya) almış hüquqi şəxslərin Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə
haqqı ödənilən əmək fəaliyyətinə cəlb olunması ilə bağlı xarici hüquqi və ya fiziki şəxslərlə
bağladıqları müqavilələrin təsdiq edilməsi və xarici ölkələrdə haqqı ödənilən əmək fəaliyyətinə cəlb
etdikləri Azərbaycan Respublikasının vətəndaşları haqqında məlumatın verilməsi Qaydası”nın
təsdiqi barədə” Kollegiya Qərarının ləğv edilməsi, “Bütün sahələr üçün ümumi olan qulluqçu
vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nda, “Teatr, konsert, sirk müəssisələrində olan
qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nda dəyişiklik edilməsi, “Mədəni-maarif
müəssisələrində olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nın təsdiqi barədə”,
“Mülki aviasiya sahəsinə aid olan qulluqçu vəzifələrinin və fəhlə peşələrinin Vahid Tarif-İxtisas
Sorğu Kitabçası”nın təsdiq edilməsi, “Səhiyyə sahəsinə aid olan qulluqçu vəzifələrinin və fəhlə
peşələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nın təsdiq edilməsi, “Təhsil sahəsinə aid olan
qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nın təsdiq edilməsi məsələləri müzakirə
olunub və qərarlar qəbul edilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ