lombard
16:43
449

"Barselona" azarkeşsiz qala bilər - SƏBƏB

“Barselona”ya qarşı sanksiya tətbiq ediləcəyi gözlənilir.

Klub Antuan Qrizmannla danışıqlarda qaydaları pozmaqda ittiham olunur. İddiaya görə, kataloniyalılar fransalı futbolçu ilə danışıqları vaxtından əvvəl aparıblar.

Belə ki, Qrizmannla danışıqlar mart ayında başlayıb, bu isə ümumi qaydalara ziddir. Buna görə “Barselona” 300 min avro cərimə edilə bilər. Digər variant isə “Nou Kamp” stadionunda bir oyunu azarkeşlərsiz keçirməkdir.

Gələn həftə məsələ ilə bağlı qəti qərar veriləcək.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ