lombard
11:16
422

Türkiyədə sürət qatarı relsdən çıxdı - Ölənlər var

Türkiyədə sürət qatarı relsdən çıxıb. Trend-in məlumatına istinadən , insident Biləcik vilayətində qeydə alınıb.

Qəza nəticəsində iki nəfərin - maşinistlərin öldüyü bildirilir.

Sürət qatarının Ankaradan Biləcik vilayəti istiqamətində hərəkət etdiyi qeyd olunub. Hazırda qəza ilə bağlı dəmir yolunda yaranmış problem aradan qaldırılır.

Qəzanın hansı səbəbdən baş verməsi isə məlum deyil, araşdırma başlayıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ