lombard
14:41
324

Enerji Effektivliyinə dair Milli Fəaliyyət Planının layihəsi müzakirə olunub

Enerji Effektivliyinə dair Milli Fəaliyyət Planının layihəsi müzakirə  olunub
Enerji Effektivliyinə dair Milli Fəaliyyət Planının layihəsi müzakirə  olunub
Enerji Effektivliyinə dair Milli Fəaliyyət Planının layihəsi müzakirə  olunub
Beynəlxalq Enerji Xartiyasının dəstəyi ilə “EU4Energy” proqramı çərçivəsində
hazırlanmış “Azərbaycanın Enerji Effektivliyinə dair Milli Fəaliyyət Planı” layihəsinin
Avropa İttifaqı, beynəlxalq təşkilatlar, bir sıra yerli və xarici dövlət qurumlarının
nümayəndələri, eləcə də ekspertlərin iştirakı ilə müzakirəsi keçirilib.
Energetika Nazirliyinin Aparat rəhbəri Zaur Məmmədov ölkədə enerji
təhlükəsizliyinin dayanıqlılığının təmin edilməsi, ümumi daxili məhsulun enerji
tutumunun azaldılması, ətraf mühitin qorunması, ölkə iqtisadiyyatının
rəqabətədavamlılığının gücləndirilməsi, kommunal xidmətlərdə israfçılığın və xərclərin
azaldılması üçün enerji resurslarından effektiv istifadənin vacib olduğunu deyib. Bildirilib
ki, energetika sahəsində dövlət enerji siyasətinin tərkib hissəsi olaraq enerji
resurslarından səmərəli və effektiv istifadənin təmin edilməsi, enerji resurslarından
istifadənin müasir tələblərə və standartlara uyğunlaşdırılması üçün hüquqi bazanın
yaradılması məqsədilə Energetika Nazirliyi tərəfindən Enerji Xartiyasının dəstəyi ilə
"Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında" Qanun layihəsi
hazırlanıb və hökumətə təqdim edilib. Z.Məmmədov bu  istiqamətdə atılan addımların
davamı olaraq "Enerji Effektivliyinə dair Milli Fəaliyyət Planı"nın hazırlandığını və layihə
üzrə İşçi Qrupunun yaradıldığını diqqətə çatdırıb. Qeyd edilib ki, Enerji Xartiyası
tərəfindən təqdim olunan Milli Fəaliyyət Planı ilə bağlı Tədbirlər Planının ilkin layihəsi
hazırdır və bugünkü müzakirələrdə rəy və təkliflər öyrəniləcəkdir.
“EU4Energy” layihəsinin meneceri Bilyana Çobanova Azərbaycanla Avropa
İttifaqı arasındakı münasibətlərdən danışaraq, energetika sahəsində birgə əməkdaşlığı
yüksək qiymətləndirib və Milli Fəaliyyət Planının əhəmiyyətindən, eləcə də 2020-2025-ci
illər üzrə həyata keçirilməsi nəzərdə tutulan enerji effektivliyinə dair qənaət tədbirlərinin
vacibliyindən bəhs edib.
İclasda xarici ekspertlər tərəfindən Milli Fəaliyyət Planı ilə bağlı Bolqarıstan və
Türkiyə təcrübəsi diqqətə çatdırılıb, nəqliyyat, sənaye, kənd təsərrüfatı və digər
sektorlarda enerji istehlakında səmərəlilik tədbirləri, gələcək hədəflər, enerjinin idarə
olunmasına dair öhdəliklər barədə məlumat verilib. Tədbirdə həmçinin təbii qaz, elektrik
enerjisi, istilik enerjisi istehsalı, ötürülməsi və paylanması, sənaye, enerji istifadə
məhsulları, yaşayış, kommersiya və ictimai binalar, nəqliyyat, kənd təsərrüfatı sektorları
üzrə enerji effektivliyi tədbirlərinin müəyyən edilməsi ilə bağlı İşçi Qrupunun təklifləri
nəzərdən keçirilib.
Yekunda Milli Fəaliyyət Planı layihəsi üzrə növbəti atılacaq addımlar və
görüşlərin keçirilməsi razılaşdırılıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ