lombard
16:09
389

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə daha 64 mənzil təqdim etdi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Abşeron rayonunun Saray
qəsəbəsindən 20, Digah qəsəbəsindən 12, “Göy Qurşağı” kompleksindən 22, Binəqədi rayonu
“Gənclər şəhərciyi” kompleksindən 9, Astara rayonundan 1 mənzil olmaqla (ümumilikdə 64
mənzil) yeni yaşayış binalarından alınmış mənzillər şəhid ailələrinə və Qarabağ müharibəsi
əlillərinə təqdim edilib.
Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Vüsal Nəsirli vurğulayıb ki,
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xüsusi qayğısı nəticəsində şəhid ailələri
və müharibə əlillərinin mənzillə təminatı sahəsində mühüm addımlar atlılır. Bu
kateqoriyalardan olanlara 2018-ci ildə nəzərdə tutulduğundan 3 dəfədən çox, yəni 626 mənzil
təqdim edilib, bu il isə azı 800 mənzil verilməsi planlaşdırılıb. Onlardan bu gün təqdim edilən
mənzillər də daxil olmaqla artıq 174 mənzil verilib. Bununla indiyədək nazirlik tərəfindən şəhid
ailələrinə və müharibə əlillərinə 6828 mənzil təqdim edilib.
V.Nəsirli müharibə əlillərinin avtomobillə təminatı proqramının da gücləndirildiyini deyib.
Bildirib ki, ötən il həmin vətəndaşlara 265 avtomobil verilib, bu il isə 600-ə yaxın avtomobil
verilməsi planlaşdırılıb ki, onlardan artıq 330-u verilib. Beləliklə, indiyədək 6474-dək avtomobil
müharibə əlillərinə istifadəsinə verilib.
Nazir müavini diqqətə çatdırıb ki, cari ildə dövlət başçısının təqdim etdiyi iki sosial islahat
paketi 4,2 milyon vətəndaşın rifahına ciddi dəstək olub, onların sırasında şəhid ailələri və
müharibə əlilləri də var. Belə ki, həmin vətəndaşlara yönələn təqaüd və müavinətlərin,
pensiyaların da əhəmiyyətli dərəcədə artırılması təmin edilib.
İctimai təşkilatların rəhbərləri Qarabağ müharibəsi əlillərinin, şəhid ailələrinin rifahı
naminə görülən işlərin, eyni zamanda onların mənzillə təmin edilmələrinin ölkəmizdə aparılan
güclü sosial siyasətin daha bir təzahürü olduğunu qeyd ediblər.
Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin üzvləri Prezident İlham Əliyevin daim
həssas qruplara, o cümlədən şəhid ailələrinə, müharibə əlillərinə xüsusi qayğı göstərdiyini
məmnunluq hissi ilə vurğulayıblar. Onlar sosial təminatlarının gücləndirilməsi üçün atılan
mühüm addımlara, bu gün müasir tələblərə uyğun yaşayış şəraitinin yaradıldığı yeni
mənzillərlə təmin olunduqlarına görə dövlət başçısına minnətdarlıqlarını ifadə ediblər.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ