lombard
16:18
472

Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Qubada vətəndaşlarla görüşüb

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Quba şəhərində həmin
şəhərin vətəndaşlarını qəbul edib.
Qəbuldan əvvəl S.Babayev və Quba rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin
Əliyev ümummilli lider Heydər Əliyevin Quba rayonundakı abidəsi önünə gül dəstələri
düzüb, xatirəsini ehtiramla yad ediblər.
Vətəndaşlarla görüşdə əlilliyin qiymətləndirilməsi, onların bərpa müalicəsinə
köməklik göstərilməsi, reabilitasiya vasitələri ilə təminat, əmək hüquqlarının müdafiəsi,
məşğulluğun təminatı, aktiv məşğulluq tədbirlərinə və özünüməşğulluq proqramına cəlb
olunma, həmçinin vətəndaşların bu və ya digər sosial təminat növünə hüququn
müəyyən edilməsi və s. məsələlərlə bağlı müraciətləri dinlənilib. Qəbulda vətəndaşlar
tərəfindən qaldırılan məsələlərin həlli ilə bağlı tədbirlər görülüb. Müraciətlərinə uyğun
olaraq, bir sıra vətəndaşların aktiv məşğulluq proqramlarına, reabilitasiya tədbirlərinə
cəlb edilmələri tapşırılıb, ətraflı izahatlar verilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ