lombard
16:28
390

Nazir Sahil Babayev Qubada özünüməşğulluq proqramı çərçivəsində yaradılmış təsərrüfatlara baxış keçirib

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev və Quba rayon İcra
Hakimiyyətinin başçısı Ziyəddin Əliyev Quba rayonunda özünüməşğulluq proqramı
çərçivəsində yaradılmış təsərrüfatlara baxış keçirib.
Ötən il Quba rayonunda 148 ailə özünüməşğulluq proqramına cəlb edilib.
Vətəndaşlar verilmiş aktivlər hesabına kiçik ailə təsərrüfatlarını yaradıblar. Cari ilin ötən
dövründə isə rayonda artıq 100-ə yaxın işsiz və işaxtaran şəxs proqrama cəlb olunub.
Onların bir qısmi təlimi başa vuraraq aktvlərlə təmin edilib, digərləri isə növbəlilik
əsasında təlimlərdə iştirak edəcəklər. Yaradılan təsərrüfatların böyük əksəriyyəti kənd
təsərrüfatı, qalan hissəsi isə xidmət sahələrinə aiddir.
S.Babayev özünüməşğulluq proqramı iştirakçıları ilə görüşüb. Qeyd edib ki,
dövlət başçısının tapşırığı ilə icra olunan özünüməşğulluq proqramı aztəminatlı ailələrin
kiçik biznesə çıxışına geniş imkanlar yaratmaqdadır. Proqrama cəlb olunanların sayı
bundan sonrakı dövrdə də ildən-ilə artırılacaq. Nazir bildirib ki, əsas məqsəd həssas
qrupların dövlətin dəstəyindən faydalanaraq məşğulluğunu təmin etmək və rifah halını
yaxşılaşdırmaqdır.
Vətəndaşlar bu mühüm sosial proqramın onların həyatında önəmli rol oynadığını
qeyd ediblər. Proqram iştirakçıları yaradılan şəraitə, göstərilən dəstəyə görə Prezident
İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ