lombard
09:47
411

Bakıda kirayə yaşayan 52 yaşlı kişi kafenin qarşısında bıçaqlandı

Bakıda bıçaqlanma hadisəsi baş verib.

Biləcəri-Sulutəpə avtomobil yolunun kənarındakı "555" kafesinin qarşısında Oğuz rayon sakini, Sulutəpə qəsəbəsində kirayədə yaşayan, 1967-ci il təvəllüdlü Salahov Saleh Bəşir oğlu tanımadığı şəxslə mübahisə edib. Mübahisə nəticəsində həmin şəxs S.Salahova bir neçə bıçaq zərbəsi vurub hadisə yerindən qaçıb.

Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Binəqədi rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ