Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hazırda 8 minədək uşaq
stasionar və yarımstasionar şəraitdə sosial xidmətlərlə təmin olunur.
Onların sırasına sağlamlıq imkanları məhdud, daun və autizm sindromlu,
baxımsız və sosial təhlükəli vəziyyətdə olan, həmçinin eşitmə və nitq qabiliyyəti
olmayan və b. kateqoriyalara aid uşaqlar daxildir. Uşaqlardan 350-yə yaxını Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 1
və 2 saylı Sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrində
daimi dövlət təminatında yaşayır. Heydər Əliyev Fondunun dəstəyi ilə hər iki
müəssisədə ən müasir tələblərə uyğun yaşayış və reabilitasiya şəraiti yaradılıb. Digər
uşaqlar isə DSMF-nin nəzdindəki Həssas əhali qruplarından olan şəxslər üçün
Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsində, habelə nazirliyin sifarişi ilə icra olunan
sosial xidmət layihələri çərçivəsində reabilitasiya yönümlü sosial xidmətlərlə təmin
olunurlar.
Xüsusilə cari ildə günərzi və icma əsaslı reabilitasiya müəssisələrinin, surdoloji
xidmət, habelə daun və autizm sindromlu uşaqlar üçün psixoloji yardım və s.
mərkəzlərin şəbəkəsi xeyli genişləndirilib. Bu da müvafiq kateqoriyalardan olan
uşaqların ehtiyac duyduqları sosial xidmətlərlə təminat səviyyəsinin də artmasına imkan
verib.