lombard
17:29
508

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavini Xaçmazda vətəndaşları qəbul edib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavini Xaçmazda vətəndaşları qəbul edib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavini Xaçmazda vətəndaşları qəbul edib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavini Anar Kərimov Xaçmazda vətəndaşları qəbul
edib.
A.Kərimov görüşdə əhalinin sosial müdafiəsinin gücləndirilməsi, pensiya, müavinət və
təqaüdlərin əhəmiyyətli şəkildə artırılması üçün atılan addımlar barədə məlumat verib. Nazir
müavini  məşğulluq, sosial təminat, əmək, sahələrində xidmətlərin keyfiyyətinin artırılması, bu
xidmətlərin şəffaflaşdırılması və operativ təşkili, vətəndaş məmnunluğuna nail olunması
istiqamətində aparılan islahatları diqqətə çatdırıb.
Qəbul zamanı müraciətlərin bir qismi sorğu xarakterli olub və qanunvericiliyə uyğun
izahatlar verilib. Bir neçə vətəndaşa müraciətlərinə uyğun olaraq vakant iş yerlərinə
göndərişlər verilib. Ayrı-ayrı şəxslər peşə hazırlığına, özünüməşğulluq proqramına,
reabilitasiya xidmətlərinə cəlb edilmələri, həmçinin reabilitasiya vasitələri ilə təmin edilmələri
üçün qeydiyyatı aparılıb. Digər müraciətlər nazirliyin müvafiq struktur bölmələrinin məsul
şəxslərinin iştirakı ilə yerindəcə araşdırılıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ