lombard
17:34
324

Samir Vəliyev Özbəkistanda CAREC tədbirlərində iştirak edib

Samir Vəliyev Özbəkistanda CAREC tədbirlərində iştirak edib
Daşkənddə keçirilən Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramı
(CAREC) üzv ölkələri enerji nazirlərinin birinci görüşündə Azərbaycanı Energetika
nazirinin müavini Samir Vəliyev təmsil edib. Nazirlərin görüşündə “CAREC Enerji
Strategiyası 2030” adlı sənədin hazırlanması və reallaşdırılması üzrə əməkdaşlığı
nəzərdə tutan Birgə Bəyannamə imzalanıb.
Samir Vəliyev həmçinin “Enerji Sərmayə Forumu”nda da iştirak edib. “Qlobal
enerji keçidi: Regional əməkdaşlıq üçün çağırışlar və imkanlar” və “Enerji sektorunda
islahatlar investisiyanı sürətləndirən vasitədir” mövzularında müzakirələrə qatılıb.
Nazir müavini enerji transformasiyası prosesində mühüm rol oynayan bərpa
olunan enerji və enerji səmərəliliyi üzrə əməkdaşlığın əhəmiyyətindən bəhs edib. Neft-
qaz ölkəsi Azərbaycanın ekoloji cəhətdən təmiz texnologiyaların imkanlarından və
bərpa olunan enerjidən daha çox istifadədə, enerji resurslarına qənaətdə maraqlı
olduğunu bildirib. Ölkəmizdə bu prosesin sürətləndirilməsi və energetika sahəsində
özəl sektorun iştirakının təmin edilməsi üçün kompleks islahatlara başlanıldığını diqqətə
çatdırıb. Samir Vəliyev deyib ki, Azərbaycan investorlar üçün etibarlı tərəfdaşdır. Bunu
neft-qaz sektorunda 25 illik əməkdaşlığın uğurları və indiyə kimi bu sahəyə 100 milyard
ABŞ dollarından çox investisiyasının yatırılması da təsdiqləyir: “Hazırda beynəlxalq
təcrübəni öyrənməklə çalışırıq ki, Azərbaycanda bərpa olunan enerji sahəsi də
investorlar üçün əlverişli olsun və ekoloji cəhətdən təmiz enerji, daha səmərəli
idarəetmə hesabına həm də karbon emissiyalarının azaldılmasına nail olaq“, deyə
Energetika nazirinin müavini Samir Vəliyev bildirib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ