lombard
18:00
425

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədr müavinləri vətəndaşlarla görüşüblər.

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədr müavinləri vətəndaşlarla görüşüblər.
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2019-cu ilin sentyabr
ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, bu
gün Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavinləri
Zakir Quliyev Qusar rayonunda, Rafiq Aslanov isə Quba rayonunda
vətəndaşları fərdi qaydada qəbul ediblər.
Müraciətlər əsasən suvarma suyuna tələbatın ödənilməsi, yeni subartezian
quyularının qazılması, sel sularına qarşı mühafizə bəndlərinin tikilməsi,
suvarma kanallarının beton üzlüyə alınması və müxtəlif məsələləri əhatə
edib.
Qəbulda hər bir vətəndaşın müraciətini dinləyən Azərbaycan Meliorasiya və
Su Təsərrüfatı ASC-nin sədr müavinləri şikayətlərin qısa müddətdə
araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə qəbulda iştirak edən məsul
işçilərə müvafiq tapşırıqlar veriblər. Vətəndaşlar tərəfindən qaldırılan
məsələlərin bir qismi yerində həll olunub, araşdırılmasına ehtiyac olan
müraciətlər nəzarətə götürülüb.
Sakinlər bölgələrdə vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün
rahat və əlverişli şərait yaradılmasından razılıqlarını dilə gətirərək, göstərilən
diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını
bildiriblər.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ