
Kürdəmir rayonu 1930-cu ildə yaradılmışdır.Ağsu, Göyçay, Ucar, İmişli, Sabirabad, Hacıqabul və Zərdab rayonları ilə həmsərhəddir. Kürdəmir rayonunun ərazisi 1631,5 km2, əhalinin bir kvadrat kilometrə sıxlığı 67 nəfər təşkil edir. Rayonda 1 şəhər, 2 qəsəbə, 59 kənd vardır. Rayonun əsas fəaliyyəti bitkiçilik və heyvandarlığı inkişaf etdirmək olmaqla, son zamanlar bazar iqtisadiyyatı şəraitinə uyğun olaraq ticarət, xidmət və digər sahələr üzrə kiçik sahibkarlıq fəaliyyətinə geniş yer verilmişdir.
Kürdəmir rayon Gənclər və İdman idarəsi 1995-cı ildən fəaliyyət göstərir. Kürdəmir Olimpiya İdman Kompleksinin açılışı 24 oktyabr 2008-ci il tarixdə Möhtərəm Prezidentimiz Cənab İlham Əliyev iştiraki ilə keşirilmiş və rayon idmançılarının istifadəsinə verilmişdir. Kompleksə idman zalı , müasir trenajorlarla təchiz olunmuş trenajor zalı, mini futbol, tennis, bosketbol meydançaları və üzgüçülük hovuzu daxildir. Rayonda “Mərkəzi” stadion, Uşaq Gənclər İdman Şahmat Məktəbi və ümumtəhsil məktəblərində 22 idman zalı var.Kürdəmir rayonunda kənd təsərrüfatının bütün sahələrinin inkişaf etdirilməsi istiqamətində mühüm addımlar atılmışdır. Dövlət tərəfindən fermerlər üçün bir çox güzəştlər müəyyən edilmişdir. Belə ki, fermer və sahibkarlar güzəştli şərtlərlə kredit, toxum, lizinq yolu ilə satılan gübrə, texnika, damazlıq mal-qara almaq imkanlarına malikdirlər. Eyni zamanda əkin sahəsinin becərilməsində istifadə olunan yanacağın və motor yağlarının dəyərinin ödənilməsi, kənd təsərrüfatı məhsullarının istehsalının stimullaşdırılması üçün dövlətimiz tərəfindən onlara subsidiyalar verilmişdir. Ölkə Prezidenti tərəfindən Azərbaycana valyuta axınının təmin edilməsi məqsədilə ixracyönümlü məhsulların istehsalının xüsusi əhəmiyyət daşıdığını, pambığın da ixracyönümlü məhsul olduğu nəzərə alınaraq bu sahənin ciddi inkişaf etdirilməsi qarşımıza mühüm vəzifə kimi qoyulmuşdur. Həmin tapşırığın icrasını təmin etmək məqsədilə 2018-ci ildə rayonumuzda pambıq əkini ücün bütün imkanlar təhlil olunaraq şirkətlərlə, aidiyyatı xidmət təşkilatları ilə birgə əlaqəli iş qurulmuşdur.Müqavilələr bağlanmış, zavodlar tərəfindən pambıqçıların təchizat və təminat məsələləri yüksək səviyyədə həll olunmuş, nəticədə qısa müddətdə 5030 hektar sahədə pambıq əkilmişdir. Becərmə işləri aqrotexniki qaydada aparılmış, sahələrdə bol məhsul yetişdirilmişdir.Məhsul yığımı dövründə 3000 nəfərə yaxın işçi qüvvəsi, 14 pambıqyığan maşın, digər maşın və mexanizmlər cəlb edilmiş, 6763,2 ton pambıq tədarük olunmuşdur. Ümumilikdə pambıq əkini, becərilməsi və yığılması işinə rayon üzrə 6000 nəfərdən çox işçi qüvvəsi cəlb edilmişdir.
Cəfərov Ceyhun Fərrux oğlu 1 dekabr 1965-ci ildə Yevlax şəhərində anadan olmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 16 aprel 2014-cü il tarixli Sərəncamı ilə Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdir.