lombard
11:56
393

Goranboy rayonu haqqında

Goranboy rayonu haqqında
Goranboy rayonu haqqında
Rayonun mərkəzi Goranboy şəhəridir. Şəhərin yaxınlığında qədim Şatal şəhər-qalası yerləşir.Vaxtilə çox inkişaf etmiş bu şəhər qədim Gəncə və Bərdə şəhərləri arasındakı karvan yolunun üstündə yerləşirdi.Goranboy rayonu kənd təsərrüfatı rayonudur. Rayonda 40 min 509 baş iri buynuzlu, o cümlədən 26 min 789 baş ana mal, 221 min 187 baş xırda buynuzlu mal-qara vardır. İl ərzində 42 min 862 ton süd istehsal olunur (2009-cu il). Rayonda südün emalı müəssisəsi olmadığından istehsal olunan süd qəbul məntəqələrinə verilə bilmir, təsərrüfatlarda qalaraq xarab olur. Rayon ərazisində süd məmulatları istehsalı zavodu yaradılarsa, bu böyük səmərə verər. İl ərzində rayonda 2 min tondan artıq kəsilmiş çəkidə mal-qara və quş əti istehsal olunur. Ərazidə bir dənə də olsun ət və quş əti məhsullarının emalı və konservləşdirilməsi müəssisəsi yoxdur. Bu cür müəssisə yaradılarsa, yüksək səmərə verər, eyni zamanda heyvandarlıq sahəsinin daha da inkişaf etidrilməsinə müsbət təsir göstərər. İldə rayonda təxminən 5 min başdan artıq iri və xırda buynuzlu mal-qara kəsilir. Kəsilmiş heyvanların dərisi istifadəsiz qalır. Rayonda gön və dərilərin emalı və gön-dəri məmulatlarının istehsalı müəssisəsi yaradılmasına ciddi ehtiyac vardır.
Rayonun ictimai-siyasi qəzeti olan "Mübariz" ayda 3 dəfə çap olunur. "Gülüstan" ədəbi məclisinin nəşri olan "Gülüstan" toplusu ayda bir dəfə nəşr olunur.
Quliyev Məhərrəm Böyükağa oğlu Goranboy rayon İcra Hakimiyyətinin Başçısı 13 aprel 1968-ci ildə Lənkəranda anadan olmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 05 aprel 2019-cu il tarixli Sərəncamı ilə Goranboy rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdir. Yeni Azərbaycan Partiyasının üzvüdür.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ