lombard
12:20
276

İşəgötürənlərin iştirakı ilə tədbir keçirilib

İşəgötürənlərin iştirakı ilə tədbir keçirilib
İşəgötürənlərin iştirakı ilə tədbir keçirilib
İşəgötürənlərin iştirakı ilə tədbir keçirilib
İşəgötürən tərəfindən Əmək Məcəlləsi ilə yaşı 18-dən az olan işçilər üçün
müəyyən edilmiş təminatlara əməl olunması məcburidir.
Bu barədə Dövlət Əmək Müfəttişliyi Xidmətinin Lənkəran rayonunda “Uşaq
əməyinin istismarının qarşısının alınması” və “Qeyri-rəsmi məşğulluğun qarşısının
alınması” mövzularında keçirdiyi maarifləndirici tədbirdə vurğulanıb.
İşəgötürənlərin iştirakı ilə keçirilən tədbirdə bildirilib ki, yaşı 18-dən az olan
işçilərlə əmək müqaviləsi bağlayarkən onların əmək və peşə vərdişlərinin artırılması
üçün işəgötürən tərəfindən təmin edilməli olan əlavə şərtlər, öhdəliklər nəzərdə
tutulmalıdır. Yaşı 18-dən az olan işçilərin iş günü ərzində peşə hazırlığına sərf etdikləri
vaxt işəgötürənin razılığı ilə iş vaxtı kimi nəzərə alınır.
Tədbirdə uşaq əməyinin istismarı və məcburi əməyə cəlbetmə hallarına qarşı
mübarizə, əmək münasibətləri sahəsində uşaq hüquqları barədə iştirakçılara geniş
məlumatlar verilib. “Qeyri-rəsmi məşğulluğun qarşısının alınması” mövzusundan da
bəhs olunub. Əmək münasibətlərinə daxil olan hər bir şəxslə ilk növbədə əmək
müqaviləsi bağlamağın vacibliyi, əmək müqaviləsinin işçinin əmək və sosial təminat
hüquqları üçün əsas yaratdığı diqqətə çatdırılıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ