lombard
12:22
329

“Gənclərin Məşğulluğu” proqramına müraciət edən şəxslərin işlə təmin olunmasına başlanılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti və
Azərbaycan Respublikası Gənclər Fondunun birgə layihəsi olan “Gənclərin Məşğulluğu”
proqramına müraciət edən şəxslərin işlə təmin olunmasına başlanılıb. Aprel ayından
start verilən proqrama ilkin mərhələdə 614 nəfər gənc cəlb edilib.
Layihə çərçivəsində ali və orta-ixtisas təhsili müəssisələrinin 29 yaşına qədər
olan məzunları işə cəlb olunurlar və müəyyən müddət ərzində onların əmək haqlarının
bir  qismi Fond tərəfindən maliyyələşdirilir.
Proqramın icrası zamanı  sosial cəhətdən həssas kateqoriyalardan (əlilliyi olan
şəxslər, şəhid ailəsinin üzvləri, məcburi köçkünlər və s.) olanlar, regionlarda yaşayanlar,
iş təcrübəsi olmayanlara üstünlük verilir. Namizədlərin seçimi işəgötürənlər tərəfindən
aparılır. Layihənin icrası prosesi il boyu davam edəcək, vakansiyalar mütəmadi olaraq
yenilənəcək.
Məqsəd gənclərin uğurlu karyera planlaşdırmasına (ixtisas üzrə iş tapmaq), əlavə iş
(xüsusilə də regionlarda) yerlərinin yaradılmasına, iş üçün müraciət edən gəncin ilk iş təcrübəsi
qazanmasına, əmək bazarında rəqabətin artırılmasına dəstək verməkdir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ