
Yevlax coğrafi mövqeyinə görə Azərbaycanın mərkəzində mühüm kommunikasiyaların kəsişməsində yerləşməklə qədim yaşayış məskənlərindən biridir. Rayon kimi 1935-ci ilin fevral ayından fəaliyyət göstərir. Yevlax eyni zamanda respublika tabeli şəhərdir. Yevlax rayonu Ağdaş, Bərdə, Tərtər, Goranboy, Samux, Qax, Şəki rayonları ilə həmsərhəddir.Yevlax şəhəri Bakıdan 293 km aralı Kür çayının sağ sahilində, düzənlikdədir. (Gəncə-Qazax düzənliyinin cənub-şərqi, Qarabağ və Şirvan düzlərinin şimal-qərb kənarı). Yevlax şəhəri Qədim İpək yolunun üzərindədir. Qışı quraq keçən mülayim-isti yarımsəhra və quru çöl iqlimi var. Ərazidən Kür çayı, Əlican, Korçay və İncəçayın aşağı axınları keçir. Mingəçevir su anbarının cənub şərq hissəsi, Varvara su anbarı Yevlax ərazisində yerləşir. Yuxarı Qarabağ və Yuxarı Şirvan kanallarının yuxarı hissələri rayon ərazisindədir.Əsas çayları Əlican, Korçay və İncə çaylarıdır. İncəçay öz mənbəyini Kiçik Qafqazdan, Murovdağın (3343 m) şimal-şərq yamacında 2580 m yüksəklikdən götürür. Əlican 3500 m yüksəklikdə formalaşır.
Yevlaxda bir sıra görkəmli şəxslər doğulmuş və öz əməlləri ilə rayonun tarixinə düşmüşlər.
Yevlaxda "Kür" və "Təşəbbüs" qəzetləri nəşr olunur.
Səmədov Qoca Çərkəz oğlu 13 oktyabr 1959 –cu ildə Yevlax şəhərində anadan olmuşdur.2004 –cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə «Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)» yubiley medalı ilə təltif edilmişdir.