lombard
11:24
497

"Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinin təşkilatçılığı ilə "Şanlı Azərbaycanım" klipinin təqdimat mərasimi keçirildi.

"Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinin təşkilatçılığı ilə "Şanlı Azərbaycanım" klipinin təqdimat mərasimi keçirildi.
"Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinin təşkilatçılığı ilə "Şanlı Azərbaycanım" klipinin təqdimat mərasimi keçirildi.
"Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinin təşkilatçılığı ilə "Şanlı Azərbaycanım" klipinin təqdimat mərasimi keçirildi.
"Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinin təşkilatçılığl ilə "Şanlı Azərbaycanım" klipinin təqdimat mərasimi keçirildi. Bakıdakı "Xan qızı" restoranında təqdimat mərasimini Birliyin sədri,"Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi(1918-2018) yubiley medalı və "Tərəqqi" medalının mükafatçısı, müharibə veteranı, jurnalist Şamil Sabiroğlu açdı.Şəhidlərin əziz xatirəsi 1 dəq.sükutla yad edildi.
Klip nümayiş olundu. Şeirin və mahnının müəllifi xanım Yaqut Almaz, istedadlı müğənni Sevda Mustafayeva klipin yaranma tarixi haqda məlumat verdilər.Azərbaycan Respublikasının Xalq artisti, Prof., Vamiq Məmmədəliyev, Azərbaycan Milli Konservatoriyasının baş müəllimi Qəzənfər Abbasov, istedadlı muğam ifaçıları-Qarabağ qazisi Araz Ağdamlı və Murad Kəngərli, Azərbaycanın Milli Qəhrəmanı Asif(Fred) Məhərrəmov adına İnkişaf Fondunun sədri, II dərəcəli müharibə əlili Ədalət Məhərrəmov, "Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinin NTK-sının sədri, II dərəcəli müharibə əlili Zahid Qarayev, ehtiyatda olan polkovnik Telman Hətəmov, Azərbaycan Respublikası "Gəncliyə Yardım Fondu" nun vitse-prezidenti Salman Əliyev, şair Zakir Ağdamlı, Azərbaycan Turizm Universitetinin baş müəllimi Buniamin Qənbərli, şairə Səadət Kamilqızı, ADPU-nun müəllimi, şairə Səadət Miri, Xatirə Xatun, "Asiya-fakt.info" İnformasiya Agentliyinin baş redaktoru Vüsalə Qələndərli, "İnkişaf TV" nin icraçı direktoru Aysel Hüseynova, "Ugurmedia.az" saytının Xəbərlər departamentinin rəhbəri Vüsalə Həsənova və başqaları klip haqda öz fikirlərini söylədilər.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin IV kurs tələbəsi Şamilə Şamilqızı, Bakıdakı 158 saylı tam orta məktəbin şagirdi Aqil Əlməmmədli,Xocalıdan məcburi köçkün,şairə İmarət Cəmilli və şairə Səadət İbrahimli gözəl şeir nümunələri ilə təqdimat mərasiminə əlavə rəng qatdılar.
Mərasim çay süfrəsi arxasında davam etdirildi.
Xatırladırıq ki, informasiya dəstəyi "ugurmedia.az" , " xebertv.az", "inkisaf TV.az" və "Asiya-fakt" informasiya Agentliyinə məxsusdur.
Türkanə Səfərova,
Şamilə Şamilqızı,
Aysel Hüseynova.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ