lombard
11:49
381

Dövlət Məşğulluq Xidməti vətəndaşlara səyyar xidmət göstərir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq  Xidməti
tərəfindən məşğulluq mərkəzlərinə gəlmək imkanı olmayan vətəndaşlar üçün səyyar
xidmət davam edir. Artıq 5 rayonda səyyar xidmət həyata keçirilib. Belə ki, Nəsimi,
Sabunçu, Suraxanı, Xəzər və Pirallahı rayonlarında məşğulluq mərkəzlərinə gəlmək
imkanı olmayan vətəndaşlara özünüməşğulluq proqramı və digər aktiv məşğulluq
tədbirləri barədə məlumat verilib, layihələrə qoşulmaq istəyənlərin qeydiyyatı aparılıb.
Tədbirdə rayon İcra Hakimiyyətlərinin nümayəndələri, Kiçik və Orta Biznesin
İnkişafı Agentliyinin nümayəndələri də iştirak edib.
Səyyar xidmət zamanı vətəndaşların sualları cavablandırılıb, onlara
özünüməşğulluq layihəsinin əhəmiyyəti, müraciət qaydaları izah edilib. Həmçinin əmək
bazarında tələbat olan və peşə hazırlığı kurslarında tədris olunan peşələrlə bağlı
məlumat verilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ