lombard
14:30
322

Əlilliyi olan şəxslərin Mərkəzləşdirilmiş Elektron İnformasiya Bazası yaradılır

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş İnformasiya
Sistemində əlilliyi olan şəxslərin Elektron İnformasiya Bazası yaradılır.
İnformasiya bazasına əlilliyi olan şəxslər barədə zəruri məlumatlar daxil ediləcək.
Məlumat üçün bildirək ki, 2015-ci ilin dekabr ayından etibarən ölkəmizdə əlilliyin
qiymətləndirilməsi prosesi elektronlaşdırılıb. Həmin dövrə qədər müddətsiz əlillik təyinatı
aparılmış əlilliyi olan şəxslər barədə elektron sistemdə məlumatlar mövcud
olmadığından, yeni informasiya bazasına qeyd olunan dövrə qədər müddətsiz əlillik
təyinatı aparılmış 170 minədək şəxs barədə məlumatlar daxil ediləcək. Bazada
müddətsiz əlillik dərəcəsi olan şəxslərlə yanaşı, müddətli əlillik təyinatı aparılmış
vətəndaşların da məlumatları toplanacaq.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ