lombard
11:58
359

Dövlət Əmək Müfəttişliyi cari il ərzində 100 min manatadək gecikdirilmiş sosial xarakterli ödənişlərin işəgötürənlər tərəfindən işçilərə ödənilməsini təmin edib

2019-cu ilin ötən səkkiz ayı ərzində Azərbaycan Respublikasının Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən
vətəndaşlardan daxil olmuş 5572 şikayət məzmunlu ərizə, eləcə də müxtəlif müəssisə,
idarə və təşkilatlar tərəfindən göndərilmiş 4129 məktub araşdırılaraq cavablandırılıb.
Həmçinin 989 vətəndaş fərdi qaydada qəbul edilib və onların müxtəlif mövzularla bağlı
ərizə, şikayət və sorğuları qəbul edilərək araşdırılmasının təşkili istiqamətində müvafiq
tədbirlər həyata keçirilib.
Xidmətə daxil olan vətəndaş müraciətlərinin bir qismində işəgötürənlər tərəfindən
əməkhaqlarının, zərərə görə ödənclərin və s. sosial xarakterli ödənişlərin işçilərə
ödənilməsinin gecikdirildiyi müəyyən edilib. Xidmət həmin müraciətlərin hər biri ilə
əlaqədar qanunvericiliyin tələblərinə uyğun şəkildə tədbirlərin görülməsini və bu ilin
səkkiz ayında 92992.26 manatadək gecikdirilmiş sosial xarakterli ödənişlərin
işəgötürənlər tərəfindən işçilərə ödənilməsini təmin edib.
Əmək müqavilələrinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verilmiş 81 nəfər
öz əvvəlki iş yerlərinə bərpa edilib, bu işçilər barəsində yol verilmiş qanun
pozuntularının aradan qaldırılması təmin edilib.
Eyni zamanda qeyri-rəsmi məşğulluğun aradan qaldırılması, işəgötürən-işçi
münasibətlərinin qanunvericiliyə uyğun rəsmiləşdirilməsi, əmək münasibətlərində
işçilərin və işəgötürənlərin əmək, sosial iqtisadi, hüquqi, əməyin mühafizəsi və əmək
qanunvericiliyinin tətbiqi ilə əlaqədar Xidmət tərəfindən maarifləndirici və qabaqlayıcı
tədbirlər həyata keçirilir.
2019-cu ilin ötən dövründə Dövlət Əmək Müfəttişliyi Xidmətinin təsdiq edilmiş iş
planına uyğun olaraq 41 maarifləndirmə tədbiri keçirilmişdir. Bu tədbirlər əsasən uşaq
əməyinin istismarının qarşısının alınması, əməyin mühafizəsi normalarına əməl
olunması, əmək müqaviləsinin bağlanması, müqavilələrin şərtlərinin dəyişdirilməsi,
xitam verilməsinin əsasları və əmək qanunvericiliyinin tətbiq olunması mövzularına həsr
olunub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ