lombard
13:46
284

Gömrük Akademiyasında ixtisasartırma təlimi başlayıb

Gömrük Akademiyasında ixtisasartırma təlimi başlayıb
Gömrük Akademiyasında ixtisasartırma təlimi başlayıb
Sentyabrın 24-də Dövlət Gömrük Komitəsinin Akademiyasında B-Scan avadanlığının rentgen
görüntülərinin dəqiq və düzgün oxunması ilə bağlı ixtisasartırma təlimi başlayıb. Üç günlük təlimi
Rusiya Federasiyasının Gömrük Akademiyasının Sankt-Peterburq filialının Gömrük işinin təşkili
kafedrasının professoru Dimitriy Afonin aparır.
Akademiyanın rəisi Qulu Novruzov qonağı salamlayaraq onu bu ali təhsil müəssisəsində görməkdən
məmnun olduğunu bildirib. Qulu Novruzov Azərbaycanda son bir ildən artıq müddət ərzində
gömrük xidmətində aparılan intensiv islahatlara toxunaraq, bu islahatlarda prioritet istiqamətlərdən
biri kimi gömrükçülərin peşə hazırlığının artırılmasının olduğunu bildirib.
Akademiya rəisi son bir il ərzində gömrük-keçid məntəqələrininən son texnoloji avadanlıqlarla
təmin olunduğunu və bu istiqamətdə işlərin davam etdirildiyini diqqətə çatdırıb. Qulu Novruzovun
sözlərinə görə, professor Dimitriy Afoninin səfəri Rusiya Federasiyasının Gömrük Akademiyası ilə
Dövlət Gömrük Komitəsi və Gömrük Akademiyası arasında imzalanan əməkdaşlıq müqaviləsindən
sonra atılan ilk addımdır. Qulu Novruzov əlaqələrin bundan sonra da davam edəcəyinə əminliyini
bildirib.
Dövlət Gömrük Komitəsinin Akademiyasında olmaqdan məmnunluğunu ifadə edən Rusiya
Federasiyasının Gömrük Akademiyasının Sankt-Peterburq filialının Gömrük işinin təşkili
kafedrasının professoru Dimitriy Afonin hər iki ali təhsil müəssisəsi arasında əməkdaşlıq
əlaqələrindən, eləcə də keçirilən təlimin əhəmiyyətindən danışıb.
Qeyd edək ki, təlim müddətində "Gömrük nəzarəti məqsədi üçün istifadə edilən skaynerlərin təyinatı
və xüsusiyyətləri", "Skaynerlərin işə hazırlanması", "Fiziki şəxslərinskan edilməsinin həyata
keçirilməsi", "Kontur" skaynerinin proqram vasitələrindən istifadə etməklə görüntülərinin analizi"
və digər mövzularda məruzələr təqdim olunacaq. Bununla yanaşı, təqdim olunan mövzular üzrə
praktiki məşğələlər keçiriləcək.
Təlimin sonunda yekun attestasiyanın və test formasında imtahanın keçirilməsi nəzərdə tutulur.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ