lombard
13:58
369

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi daha 47 avtomobili Qarabağ müharibəsi əlillərinə təqdim etdi Nazirlik tərəfindən müharibə əlillərinə indiyədək 6521, o cümlədən cari ilin ötən dövründə 377 avtomobil verilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu gün daha 47 avtomobili Qarabağ
müharibəsi əlillərinə təqdim edib.
Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial islahatlar proqramından
danışaraq cari ildə dövlət başçısının təqdim etdiyi iki sosial islahat paketi ilə minimum
əməkhaqqının iki dəfəyə yaxın, minimum pensiyanın 72,4 faiz, sosial müavinət və
Prezidentin aylıq təqaüdlərinin orta hesabla 100 faiz, məcburi köçkünlərə verilən
müavinətin 50 faiz, eləcə də tələbələrin təqaüdlərinin ciddi şəkildə artırıldığını və
problemli kreditlərlə bağlı narahatlığın aradan qaldırıldığını bildirib. Nazir müavini qeyd
edib ki, bu tədbirlər əhatə dairəsi ümumilikdə 4,2 milyon vətəndaş olmaqla onların
rifahına ciddi dəstək olur.
Şəhid ailələrinə və müharibə əlillərinə dövlət qayğısının hər il daha da artırıldığını
vurğulayan A.Kərimov cari ildə Prezidentin aylıq təqaüdünün şəhid ailələri üçün 300
manata çatdırılmasının, müharibə əlilləri üçün də sosial müavinət və təqaüdlərin orta
hesabla 100 faiz artırılmasının sosial islahatlar paketinin tərkib hissəsi olduğunu diqqətə
çatdırıb. Əlavə edib ki, I qrup əlilliyi olanlara qulluq edənlər və müharibə veteranları
üçün Prezidentin aylıq təqaüdü təsis edilib.
A.Kərimov bildirib ki, indiyədək müharibə əlillərinə 6521 minik avtomobili verilib.
Dövlət başçısının Sərəncamı 2019-cu ildə əlavə olaraq 400-dən artıq avtomobilin,
beləliklə, cari ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müharibə
əlillərinə nəzərdə tutulduğundan (180 avtomobil) 3,2 dəfə çox olmaqla 600-ə yaxın
avtomobilin verilməsinə imkan yaradıb. Onlardan bu ilin ötən dövründə 377 avtomobil
artıq təqdim edilib.
Həmçinin Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə 2019-cu ildə azı 800
mənzil verilməsi nəzərdə tutulub ki, artıq bu ilin ötən dövründə 174 mənzil təqdim edilib.
Ümumilikdə bu vaxta qədər 6828 şəhid ailəsi və müharibə əlili nazirlik tərəfindən
mənzillə təmin olunub.
Tədbirdə çıxış edən İctimai Şuranın üzvləri, ictimai birliklərin rəhbərləri ölkəmizdə
sosial müdafiə sisteminin gücləndirilməsi üçün aparılan işlərdən, müharibə əlillərinin,
şəhid ailələrinin rifah halının yaxşılaşdırılması istiqamətində icra olunan proqramlardan
razılıqla bəhs ediblər.
Minik avtomobili ilə təmin olunan müharibə əlilləri ölkdə bu kateqoriyadan olan
şəxslərin sosial müdafiəsinin gücləndirilməsi sahəsində işlərin davamlı olaraq
güclənməsinə, həmçinin, bu gün yeni avtomobillərlə təmin edildiklərinə görə Prezident
İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ