lombard
14:58
351

Məişət zorakılığından əziyyət çəkmiş uşaqlara qayğı prioritet təşkil edir

Məişət zorakılığından əziyyət çəkmiş uşaqlara qayğı prioritet təşkil edir Uşaqlara dövlət qayğısının göstərilməsi, uşaq problemlərinə vətəndaş cəmiyyəti
qurumlarının diqqətinin artırılması dövlətin müəyyən etdiyi prioritetlərindən biridir.
Prezident İlham Əliyevin 1 iyun 2019-cu il tarixli “Xüsusi qayğıya ehtiyacı olan
uşaqlara və digər şəxslərə göstərilən sosial xidmətlərin genişləndirilməsi üçün əlavə
tədbirlər haqqında” Sərəncamı məişət zorakılığından zərər çəkmiş şəxslər üçün
də sosial xidmətlərin dairəsinin genişləndirilməsinə imkan verib. Sərəncamın icrası işləri
çərçivəsində  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial sifarişləri ilə
hazırda Ağcabədi, Şəki və Şəmkir rayonlarında məişət zorakılığından zərər çəkmiş
şəxslər üçün yardım mərkəzlərinin yaradılması işləri aparılır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin  sosial sifarişi ilə “Qadın
Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım” İctimai Birliyi Məişət zorakılığından
əziyyət çəkmiş uşlaqlara yardım mərkəzinin yaradılması ” adlı layihənin icrasını həyata
keçirir.
Layihə çərçivəsində yaradılan mərkəzdə risk qrupuna daxil olan, boşanmış,
boşanma ərəfəsində olan, ailədaxili konfliktlərdən əziyyət çəkən, aztəminatlı, tək
valideynli uşaqlara sosial xidmətlərinin göstərilməsi, psixoloji dəstəyin və məsləhətlərin
verilməsi, uşaqlar üçün hüquqi müvəkkilliyin təmin edilməsi, uşaqların maraq və
qabiliyyətləri nəzərə alınaraq pedaqoq və könüllülər vasitəsilə zəif bilikli şagirdlərin bilik
səviyyəsinin qaldırılması, həmçinin özünəxidmət bacarıqlarının artırılması və
təxəyyülün inkişaf etdirilməsi və s. tədbirlər həyata keçirilir.
Eyni zamanda valideyinlər üçün də maarifləndirici fəaliyyətlər (təlim, seminar),
hüquqi və psixoloji dəstək göstərilir.
May-Avqust ayı ərzində məişət zorakılığından əziyyət çəkmiş 89 uşağa mərkəz
tərəfindən xidmət göstərilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ