lombard
09:34
342

İşəgötürənlərin iştirakı ilə tədbir keçirilib

İşəgötürənlərin iştirakı ilə tədbir keçirilib
İşəgötürənlərin iştirakı ilə tədbir keçirilib
İşəgötürənlərin iştirakı ilə tədbir keçirilib
İşəgötürənlərin iştirakı ilə tədbir keçirilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi
Xidməti Bakının Suraxanı rayonunda “Beynəlxalq Sülh günü”nə həsr olunmuş “Uşaq
əməyinin istismarının qarşısının alınması” mövzusunda maarifləndirici tədbir keçirib.
Tədbirdə qeyd olunub ki, əmək şəraiti ağır, zərərli olan iş yerlərində, yeraltı
tunellərdə, şaxtalarda və digər yeraltı işlərdə, habelə əxlaqi kamilliyinin inkişafına mənfi
təsir göstərən amilli gecə klublarında, barlarında, o cümlədən spirtli içkilərin və toksik
preparatların istehsalı, daşınması, satışı və saxlanılması işlərində yaşı 18-dən az olan
şəxslərin əməyinin tətbiq edilməsi qadağandır. İcbari ümumi orta təhsil haqqında
qanunvericiliyin şamil edildiyi yaşı 18-dən az olan şəxslərin bu təhsilini tam həcmdə
almaq imkanından məhrum edə bilən işlərə götürülməsi qadağandır.
Tədbirdə uşaq əməyinin istismarı və məcburi əməyə cəlbetmə hallarına qarşı
mübarizə, əmək münasibətləri sahəsində uşaq hüquqları, yaşı 18-dən az olan şəxslərlə
əmək münasibətlərinə dair əmək qanunvericiliyində əksini tapan müddəlar barədə
iştirakçılara geniş məlumatlar verilib.
Tədbir müvafiq mövzuda sualların cavablandırılması ilə davam edib

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ