lombard
14:06
324

Dövlət Məşğulluq Xidməti yeni sahələr üzrə peşə hazırlığı kurslarının təşkilini elan edir

İşaxtaran və işsiz vətəndaşların nəzərinə!
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti sentyabr
ayından etibarən Hotellər və Restoranlar Assosiasiyası (DAİR) ilə birgə turizm,
qonaqpərvərlik və xidmət sahələr üzrə peşə hazırlığı kurslarına müdavim qəbulunu elan edir.
Elan edilən peşə hazırlığı kursları aşağıdakılardırlar:
 Aşpaz (Azərbaycan kulinariyası)
 Qənnadçı
 Ofisiant (banket və ziyafətlər üçün)
 Ofisiant (yüksək kvalifikasiyalı)
 Dağ turist marşrutları üzrə bələdçi
 Ekskursiya bələdçisi
 Qeydiyyatçı (mehmanxanada) / Receptionist
 Konsyerj
 Mehmanxana qapıcısı (belman)
 Otel xadiməsi (təmizlik işləri) / Hotel Cleaner
 Barmen
Turizm, qonaqpərvərlik və xidmət sahələrində karyera imkanları əldə etmək, ixtisas almaq
və ya öz kvalifikasiyasını təkmilləşdirmək arzusunda olan şəxslər peşə hazırlığı kurslarına
qatılmaq üçün müraciət edə bilərlər. Peşə hazırlığı nəzəri və praktiki təlimləri şəklində -
turizm və qonaqpərvərlik biznesi müəsissələrində təcrübə keçməklə tədris ediləcək.
Kursların tədrisi Azərbaycan Turizm və Qonaqpərvərlik Tədris Mərkəzinin (ATHEC)
peşəkar təlimçiləri cəlb olunmaqla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında
Dövlət Məşğulluq Xidmətinin Bakı Dövlət Regional Peşə Təhsili Mərkəzində həyata
keçiriləcəkdir.
Dövlət Məşğulluq Xidmətinin yerli orqanlarında işsiz şəxs kimi qeydiyyatda olanlar üçün
kurslar ödənişsizdir və onlar təhsil müddətində təqaüdlə təmin olunacaqlar. İşaxtaranlar üçün
təhsil ödənişlidir. Namizədlər müsabiqə yolu ilə seçilirlər. Kursları müvəffəqiyyətlə bitirmiş
şəxslərə müvafiq sertifikatlar təqdim olunacaq və onların müvafiq işlə təmin olunmasına
köməklik göstəriləcək.
Maraqlanan şəxslər yaşadıqları şəhər, rayon üzrə Məşğulluq Mərkəzlərinə müraciət edə,
eləcə də edu@dair.az elektron poçt ünvanına CV yollaya bilərlər. Xahiş edilir ki,
seçdiyiniz peşənin adını elektron məktubun Mövzü bölməsində qeyd edəsiniz.
Əlaqə nömrəsi:
+99412 562 75 34 - Rəşad Muradov
+994 12 434 7877 - Rəna Babazadə/ whatsapp +99450 6610075

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ