Bakı Avrasiya Universiteti beynəlxalq rəqabətliliyinin artırılması
istiqamətində yeni nailiyyətlər əldə edib. Belə ki, yüksəkixtisaslı kadrların
müasir standartlar səviyyəsində hazırlığına nail olmaq məqsədilə, eyni zamanda
universitetin beynəlxalq reytinqinin yüksəldilməsi məqsədilə ikili diplom
proqramlarının icrasına başlayıb..
Universitet, bu istiqamət üzrə ilk uğuruna imza atıb. Bakı Avrasiya
Universiteti İtaliya Respublikasının Genuya Universiteti ilə cari tədris ilindən ali
təhsilin magistratura səviyyəsində “Turizmin iqtisadiyyatı” ixtisası üzrə ikili
diplom proqramının həyata keçirilməsinə başlayıb. İkili diplom proqramı
çərçivəsində təhsil alan magistrantlar 3 semestr BAAU-da, 1 semestr isə Genuya
Universitetində təhsil almaqla yekunda hər iki universitetin diplomunu
qazanacaqlar. Əsası XVI əsrdə qoyulmuş Genuya Universiteti bugün dünya
universitetləri arasında reytinqinə görə ilk 500-lükdə, ölkə üzrə isə ilk 10-luqda yer
alır.