lombard
15:49
283

Bakı Dövlət Universitetinin tələbə və məzunları üçün “Karyerada ilk addım” adlı aktiv məşğulluq tədbiri keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti və
Bakı Dövlət Universitetinin birgə təşkilatçılığı ilə BDU-nun tələbə və məzunları üçün
“Karyerada ilk addım” adlı aktiv məşğulluq tədbiri keçirilib.
Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev, Bakı
Dövlət Universitetinin rektoru Elçin Babayev, təhsil müəssisəsinin müəllim və tələbələri
iştirak edib.
Tədbirdə ölkəmizdə gənclər arasında məşğulluq səviyyəsinin yüksəldilməsinin
dövlətin məşğulluq siyasətinin mühüm tərkib hissəsi olduğu və bu istiqamətdə tədbirlərin
ildən-ilə gücləndiyi vurğulanıb. Qeyd olunub ki, Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinin məşğulluq orqanları tərəfindən cari ilin 8 ayı ərzində işlə təmin olunanların
14 056 nəfəri, peşə hazırlığı kurslarına cəlb edilənlərin 465 nəfəri, haqqı ödənilən ictimai
işlərə cəlb olunanların isə 7 945 nəfəri gənclərdən ibarət olub.
“Karyerada ilk addım” adlı aktiv məşğulluq tədbirləri də tələbə və məzunların
əmək bazarına çıxışının dəstəklənməsinə, onların işəgötürənlərlə ilkin əlaqələrinin
qurulmasına xidmət edir. Cari il ərzində 10 universitetdə belə tədbirlərin keçirilməsi
planlaşdırılır.
Tədbirdə tələbə və məzunlara 60 müəssisədən, ümumilikdə 360 boş (vakant) iş
yeri təklif olunub.
Gənclər işəgötürənlərlə ilkin ünsiyyət quraraq, şəxsi məlumatlarını (CV) təqdim
ediblər. İşəgötürənlərə isə müvafiq ixtisaslar üçün kadr seçimini aparmaq imkanı
yaradılıb. Həmçinin boş (vakant) iş yerlərinə göndərişlər verilib, təcrübə proqramlarına
cəlb edilmək istəyənlərin qeydiyyatı aparılıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ